Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Özəl sektor prosesə cəlb olunmalıdır” - Sabiq koordinatordan hökumətə təklif

“Məhkumlar arasında məşğulluğun səviyyəsinin 10-12 faiz  olması az göstəricidir”.

Bunu Simsar.az-a açıqlamasında Konstitusiya Araşırmaları Fondunun prezidenti, Ədliyyə Nazirliyi yanında Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin sabiq koordinatoru Əliməmməd Nuriyev deyib.

O bildirib ki, məhkumların işlə təmin olunması onlarda yeni davranışların yaranmasına imkan yaradır: “Məhkumlar arasında məşğulluğun artırılmasına xüsusi diqqət ayırmaq lazımdır. Bu məsələ Ədliyyə Nazirliyi və Pentisianer xidmətdən asılı olan problem deyil. Bir çox sifarişlərin cəzaçəkmə müəssisələrinə yönəldilməsi üçün hökumət qərar qəbul etməlidir. Çünki bu addım gələcəkdə həmin şəxslərin cəmiyyətə inteqrasiya prosesini sürətləndirə bilər. Onlar azadlığa çıxandan sonra müəyyən əmək vərdişlərini əldə etmiş hər-hansı peşəyə yiyələnmiş olacaqlar”.

Ə. Nuriyev qeyd edib ki, cəzaçəkmə müəssisələrində işləyən məhkumlar üçün müəyyən əmək haqqının ödənilməsi gələcəkdə azadlığa çıxandan sonra onların cəmiyyətə adaptasiya dövründə əlavə vasitə ola bilər.

O bildirib ki, cəzaçəkmə müəssisələrində yeni peşələrin təşviq olunmasına da ehtiyac var: “Məhkumların yeni peşələrə yiyələnmələri istiqamətində yeni tədris proqramaları hazırlanmalıdır. Hazırda bazr iqtisadiyyatı dövründə yaşayırıq və bu şərait tələb olunan peşələrin artırılmasına və bu sahədə çalışan kadrların artırılmasını tələb edir”.

Onun sözlərinə görə, məhkumlar arasında məşğulluq səviyyəsini qaldırmaq üçün özəl sektoru da prosesə cəlb etmək lazımdır: “Yeni sifarişlərin qəbul edilməsi  məhkumlar arasında işsizliyin azalmasına gətirib çıxara bilər. Təhsil Nazirliyi ilə bu istiqamətdə yeni yanaşmaların tətbiq olunması vacibdir. Cəzaçəkmə müəssisələrində məhkumların biliyini artırmaq üçün fəaliyyət göstərən peşə məktəblərinin sayını artımaq lazımdır”.

Qeyd edək ki, Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov Simsar.az-acəzaçəkmə müəssisələrində məhkumların işlə təmin olunması 10-12 faiz arasında səciyyələndiyini bildirmuişdi.

Aysel Kərimova

 






16 Dekabr, 2014  12:53 Baxılıb: 807 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner