Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Beynəlxalq təşkilatlarda Azərbaycan dili istifadə olunmalıdır" - Parlament

Beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunması təklif edilib.

APA-nın məlumatına görə, bu təkliflə deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

M.Quliyev Azərbaycan Milli Məclisin deputatı Asəf Hacıyevin bu yaxınlarda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilməsinə diqqət çəkərək, beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunmasının, nümayəndə heyətlərimizin öz dilində çıxış etməsinin vaxtının çatdığını qeyd edib: “Bunun üçün gələn ilin büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmaq olar. Yetər ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maliyyələşdirdiyi tərcüməçilər çalışsın, Azərbaycan dilində də çıxışlar olsun”.

Spiker Oqtay Əsədov deputatın təklifini dəstəklədiyini bildirib: “Yaxşı ideyadır, beynəlxalq təşkilatlarla danışıb həll etmək olar”.






16 Dekabr, 2014  12:26 Baxılıb: 696 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner