Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Türklərin hərb sənətinə dair yeni kitab

Orta əsr oğuz xalq yaradıcılığının görkəmli abidəsi olan “Kitabi Dədə Qorqud” dastanının araşdırılması vətən tarixşünaslığını yeni-yeni tapıntılarla zənginləşdirir.

Simsar.az xəbər verir ki, ““Kitabi Dədə Qorqud” oğuz dastanında türkləri hərb sənəti”  kitabı haqqında kitab işıq üzü görüb.

Ağayev Yusif və Əhmədov Səbuhi tərəfindən yazılmış kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.

““Kitabi Dədə Qorqud” oğuz dastanı təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bütün bəşəriyyətin unikal ədəbi abidəsidir. İstər dastan, istərsə də dastnada verilən hadisələri təsvir edən çoxsaylı elmi və elmi – populyar ədəbiyyat mövcuddur. Lakin ilk dəfədir ki dastan orta əsr hərb sənətinin müxtəlif tərəflərini öyrənməyə imkan verən müstəqil mənbə kimi araşdırılır. Yeni kitab bu boşluğu aradan qaldırır. Belə ki, müəlliflər dastanda verilən hərbi-texniki, hərbi-taktiki və hərbi –hüquqi məqamları araşdırırlar. Müəlliflər kitabda verilən silah və sursat adalrını, hərbi vəzifə və rütbələri, taktiki məqamların təhlilini verməklə bərabər onların sosial, ritual, siyasi köklərini göstərməyə çalışmışlar. Ənənəvi silahları etnik mədəniyyətin vacib komponenti kimi qəbul edən Y.Ağayev və S.Əhmədov Azərbaycanın orta əsr silahlarının xüsusiyyətlərini göstərirlər.

Tədqiqat prosesində müəlliflər Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrindən başqa, digər türk xalqlarının qəhrəmanlıq dastanlarına da müraciət etmiş, müqaisəli təhlil aparıblar.

Kitabda çoxsaylı arxeoloji, yazılı, təsviri və muzey materiallarını nümayiş etdirən illüstrasiyalar verilib.

Simsar.az






16 Dekabr, 2014  11:45 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner