Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tikinti üçün sənədlərin alınması asanlaşdırıldı - AZƏRBAYCANDA

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin yeni inzibati binasının açılışı olub.

Simsar.az-ın məlumatına görə, açılışda fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.

Nazir yeni inzibati binada yaradılan şəraitlə tanış olub.

Açılış mərasimində qeyd edilib ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə lazımi rəyin alınması üçün vətəndaşlar və hüquqi şəxslərin işi bundan sonra daha asan olacaq. Onlar müvafiq sənədlər üçün artıq bir neçə təşkilata getmək məcburiyyətində qalmayacaqlar. Belə ki, yeni inzibati binada FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertizası Baş İdarəsinin əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun Mühəndis Geologiyası Mərkəzinin, FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi, eləcə də Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndələri də fəaliyyət göstərəcəklər.

Hündürlüyü 12 metrdən yuxarı olan yaşayış və qeyri-yaşayış sahələrinə aid binalar üçün buradan müvafiq rəylər alınacaq.






16 Dekabr, 2014  11:53 Baxılıb: 1011 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner