Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Necə sağlam yaşayırıq? - ARAŞDIRMA

Bakı şəhərində əhalinin hansı formada sağlam həyat tərzi sürdüyü araşdırılıb.

Simsar.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bu gün həmin araşdırmanın nəticələrinə həsr olunan mətbuat konfransında bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyi və "Ümid" İctimai Birliyinin "Sağlam ol" birgə araşdırma layihəsi çərçivəsində Bakı əhalisi arasında sağlam həyat tərzinə dair sosioloji sorğu keçirilib.

Sorğu yaşı 18-64 olan, Bakı və şəhər ətrafı ərazilərdə yaşayan 1000 nəfərdən artıq əhalini əhatə edib. Respondentlərin 49 faizi qadın, 51 faizi kişi olub.

Aparılan araşdırma sağlam həyat tərzinin populyarlaşdırılmasının zəruriliyini, ona mane olan səbəbləri, həmçinin əhalinin fiziki aktivliyə ümumi yanaşmasını müəyyən edib.

A.Qədirli deyib ki, layihənin məqsədi cavabların dinamikliyini ölçərək əhalinin sağlam həyat tərzinə münasibətini müəyyən etmək üçün sosial araşdırma keçirməkdir. Araşdırmanın nəticələrinə əsasən, sorğu iştirakçılarının 83 faizi güclü fiziki fəaliyyətlərlə, 70 faizi isə orta səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Bu cür fəaliyyətlərlə məşğul olanların həftəlik orta göstəricisi 1,5 gün təşkil edir. Respondentlərin 16 faizi pəhriz saxlayır.

"Ümid" İctimai Birliyinin icraçı direktoru İsrail İsgəndərovun sözlərinə görə, respondentlərin demək olar ki, hamısı - 96 faizi piyada gəzintiyə hər gün orta hesabla 10 dəqiqə vaxt ayırır. Bundan başqa, sorğu iştirakçılarının demək olar ki, yarısı həkimə yalnız ciddi sağlamlıq problemləri olanda gedir. Respondentlərin 36 faizi ildə bir dəfə həkimə ümumi yoxlamaya ("check up"), 56 faizi ümumi müayinəyə gedirlər.

Әldə olunmuş göstəricilərə əsasən, tərəfdaşlar müntəzəm və davamlı fiziki aktivliyə üstünlük verərək Azərbaycanda sağlam həyat tərzinin təbliğatı üçün effektli yolların hazırlanması üzərində işləyəcək.






16 Dekabr, 2014  11:28 Baxılıb: 582 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner