Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Parklanmaya görə ödəniş asanlaşdırılır - BAKIDA

Azərbaycanın mobil operatorları SMS-in köməyi ilə avtomobillərin parklanmasına görə ödəniş xidmətinin göstərilməsi üzrə texniki imkanı nəzərdən keçirir. Bunu Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, gələcəkdə reallaşdırılması planlaşdırılan layihə hazırda müzakirə mərhələsindədir və onun işə salınması üçün vaxt lazımdır.

Mənbə qeyd edib ki, əsas şərt mikroödənişlər məsələsinin necə həll ediləcəyi və parklamaya görə ödəniş üçün hansı alətlərdən istifadə olunacağıdır: "SMS-in köməyi ilə parklama ödənişinin iki variantı var. Birincisi, bilavasitə abonent balansından parklamaya görə ödənişi, ikincisi isə mobil ödənişlər servisinin, yəni bank hesabının köməyi ilə ödənişləri nəzərdə tutur".

İkinci metod operatora son istifadəçi ilə birbaşa işləməyə imkan vermir, çünki o, maliyyə strukturu deyil. Operator təcrübədə bank strukturu ilə müqavilə bağlayır və daxil olmuş vəsaiti onun hesabına köçürür. Bank isə öz növbəsində, vəsaiti parklama ilə bağlı qarşılıqlı ödənişlərə cavabdeh olan strukturun hesabına köçürür.

Mənbə əlavə edib ki, ikinci variant daha məqbuldur və hazırda kommunal və digər xidmət növləri üzrə ödənişlər bu cür həyata keçirilir: "Operatorlar abonentlər və pullu parklama servisinin işinə cavabdeh olan sistemlər arasında informasiya mübadiləsinin təşkili üçün istifadə edilə bilən qısa nömrə təqdim etməyə hazırdırlar".






16 Dekabr, 2014  10:58 Baxılıb: 552 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner