Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranlılar Suriya Ordusunda vuruşur

Əl-Qaidənin silahlı qolu Əl-Nusra Cəbhəsi dünən Türkiyə ilə sərhəddə yerləşən Suriyanın İdbil əyalətindəki 2 hərbi bazanı ələ keçirərək, bölgədəki gücünü daha da artırıb.

Simsar.az xəbər verir ki, ABŞ-ın liderliyində koalisiya qüvvələrinin təlim keçib silahlandırmağı planladığı müxalifət gücləri ərazi itirərkən, Əl-Qaidə yenidən bölgədə gücünü göstərməyə başlayıb. Əl-Nusra cəbhəsi liberal müxalifəti İdlibdən çıxartdıqdan sonra rejimə də ciddi zərbə endirib. İdlib ilə Hatay arasındakı bölgədə əmirlik elan edəcəyini açıqlayan Əl-Nusra, dünən müttəfiqləriylə birlikdə Vadi-əl-Deyf və Hamidiyyə hərbi bazalarını ələ keçirib. Döyüşlər zamanı Əl-Nusra və mütəfiqləri 12, ordu gücləri isə 31 əsgər itiriblər.

İdlibdə ən önəmli yardım yollarından birini itirmə təhlükəsi yaşayan ordu isə Hələbdə yeni mövqelər tutmağı bacarıb. Türkiyədən yardım xəttini kəsməyi planlaşdıran ordu, Leyramun ilə Handarat arasındakı 4 kilometrlik məsafənin 2 kilometrini ələ keçirib. Döyüşlərdə ordunun 9, müxalifətin isə 21 əsgəri ölüb. Livan, İran, İraq və Əfqanıstandan gələn şiə silahlıların Suriya ordusuna dəstək verdiyi bildirilib.

Qeyd edək ki, Əl Nusra burada əmirlik elan edəcəyini açıqlamışdı.

Vüsal Qarayev







16 Dekabr, 2014  10:30 Baxılıb: 754 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner