Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Salatın Əsgərova haqda oğlu danışır - CEYHUN ƏSGƏROVDAN MÜSAHİBƏ

5-ci sinifdə oxuyurdum. Çox çətin illər idi. Müharibə yeni başlamışdı. Deyirdilər erməni gəlir. Hamı qorxu içindəydi. Camaat televiziyanın ekranı qarşısında oturub xəbərləri dörd qulaqla dinlədiyi vaxtlar idi. Aclıq da bir yandan, ərzaq talonları, çörək növbəsi. Bir sözlə, o günlər getsin, bir də gəlməsin, deyiləcək vaxtlar idi. Bir gün gördüm qonşu qadınlar yışıb bizə, nəsə öz aralarında həyəcanlı şəkildə pıçıldaşırlar. Hiss edirdim ki, nəsə çox pis birşey olub. Sonra eşitdim ki, ermənilər Salatın Əsgərovanı öldürüblər. Uşaq idim, söhbətin kimdən getdiyini bilmirdim. Amma insanların reaksiyasından elə hiss elədim ki, tanınmış biri qəhrəman öldürülüb və bu hamını məyus edib.

O zamanlar balaca Ceyhun da yəqin ki, nələrin baş verdiyini anlamırdı. Milli Qəhrəmanın oğlu telejurnalist Ceyhun Əsgərovla xatirələri varaqlamağı xahiş etdik.

- Salatın Əsgərova niyə belə çox sevilirdi, onun ölümü dəhşətli hadisə kimi qarşılanırdı?

- Bu konkret bir şəxsiyyətə olan münasibət deyildi. O zamanlar insanlar daha səmimi, daha mehriban idilər. Belə hadisələr daha həyəcanla qarşılanırdı. Xalq arasında birlik, sevgi var idi. İnsanlar daha mərhəmətli idilər. Onu da nəzərə alaq ki, müharibə şəraiti idi. Salatn Əsgərovanı da düşmənlər qətlə yetirmişdi. Bu reaksiya zamanın tələbi idi. İndi artıq elə bir zamandır ki, müharibələr, ölümlər soyuqqanlılıqla qarşılanır. İnsanlar artıq belə hadisələrə reaksiya vermirlər, həyəcanlanmırlar, gözləri, qulaqları öyrəşib.

- Yəqin ki, ananızın jurnalist kimi fərqləndirən xüsusiyyətləri haqda çox eşitmisiniz, sizin üçün bir jurnalist Salatın Əsgərova kim idi?

- O elə bir insan idi ki, sonunda ölüm belə olsa sözün deyərdi. Nə xahiş, nə tapşırıq, nə rüşvət onu haqqı deməkdən çəkindirə bilməzdi. O, ədalətli insan və jurnalist idi. Düz bildiyi yolda heçnədən qorxmazdı. Elə buna görə də 1988-89-cu illərdə ölkədə baş verən ictimai-siyasi hadisələrdən sonra, belə bir çətin zamanda o jurnalistikaya gəlib.

- Milli Qəhrəmanın, özü də bir jurnalistin oğlu olmanız kariyeranızda sizə dəstək olurmu?

- Bəlkə də ilk illər olub, deyə bilmərəm. Amma onu deyə bilərəm ki, yaşa dolduqca heç kimə kiməsə görə bu qədər güzəşt etməzlər. Amma mən ondan çox şey öyrənmişəm. O vaxtı mənə diktofon almışdı. Harasa gəzməyə gedəndə məni göndərirdi ki, gedim insanlardan müsahibə alım. Əlbəttə ki, anam jurnalistikaya gəlməyimdə stimul olub. Amma öz savad və zəhmətimi də dana bilmərəm.

- Salatın Əsgərovanın hansı xüssusiyyəti jurnalistikada sizin üçün mayakdır?

- Cəsurluq, doğrunu demək. Mən sualı dolayısıyla vermirəm, sözü sətraltı demirəm. Anam kimi birbaşa, olduğu kimi, konkret müsahibə verirəm.

Milli Qəhrəman haqqında qısa məlumat:

Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib və Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb. İstedadlı jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı Salatın Əsgərova düşmən tərəfindən amansızcasına qətlə yetirilib.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Hazırda Bakı şəhərində Milli Qəhrəmanın adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. "Təfəkkür" Universitetində büstü qoyulub. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu Şuşa rayonunun kəndi Salatınkənd adlanır.

Vüsal Qarayev







16 Dekabr, 2014  09:45 Baxılıb: 8380 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner