Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Sabirabadda yanğın - Ailənin beş üzvü öldü - VİDEO - YENİLƏNİB

Azərbaycanın Sabirabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Qaratuğay kəndində Rzayevlər ailəsində məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.

Hadisə bu gün səhər saat 6.30 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.

FHN də hadisə ilə bağlı məlumat yayıb.

Məlumata görə, Sabirabad rayonunun Qaratuğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

*** 09:26

Bu gecə Sabirabad rayonunda faciə ilə nəticələnən yanğın hadisəsi baş verib.

Simsar.az xəbər verir ki, evdə baş verən yanğın nəticəsində iki azyaşlı uşaq yanaraq külə dönüb.

Hadisə rayonun Qaratuqay kəndində qeydə alınıb.






16 Dekabr, 2014  11:35 Baxılıb: 828 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner