Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Çernobıl iştirakçılarına maddi yardım ayrıldı

İlham Əliyev “Çernobıl qəzasının zərər  çəkmiş şəxslərinə maddi yardım göstərilməsi” haqqında Sərəncam imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi” haqqında Sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb. Sərəncamda deyilir ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza nəticəsində böyük bir ərazi xarabalığa çevrilib, yüz minlərlə insan radioaktiv şüalanmaya məruz qalıb, çarəsiz xəstəliyə düçar olub: “Həmin qəzanın nəticələrinin aradan qaldırılmasında yaxından iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı zərər çəkmiş, ötən müddət ərzində onların bir çoxu dünyasını dəyişmişdir. Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir. 1993-cü ildə qəbul edilmiş “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilmiş, onlara bir sıra güzəşt və imtiyazlar verilmişdir”.

Dövlət başçısı Çernobıl AES-də baş vermiş qəzanın ildönümü ilə əlaqədar qərara alır ki, 1. Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım göstərilsin.

Sərəncamın icrası məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 1 100 000,0 (bir milyon yüz min) manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.






22 Aprel, 2011  23:18 Baxılıb: 1202 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner