Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fövqəladə Hallar işçiləri peşə bayramını qeyd edir

16 dekabr Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. Simsar.az xəbər verir ki, Fəaliyyət göstərdiyi 6 il ərzində Nazirlik fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı mühüm işlər görüb.

2005-ci dekabrın 16-da Prezident İlham Əliyev ölkədə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Ölkə başçısının bir il sonra hər il dekabrın 16-nın Nazirlik işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam isə bu sahəyə göstərilən diqqət və qayğının daha bir nümunəsidir. Nazirlik yarandığı gündən mülki müdafiə və ərazilərin təbii, həmçinin texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində, tikintidə bir sözlə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün vacib olan işləri geniş miqyasda həyata keçirməyə başlayıb. İlk günlərdən effektiv nəticələr əldə edə bilmək üçün nazirlik beynəlxalq əməkdaşlığı da prioritet məsələ kimi diqqətdə saxlayıb. Qısa müddət ərzində Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya, Almaniya, Rumıniya və digər ölkələrlə əlaqələr möhkəmlənib. Beynəlxalq və regional təşkilatlarla da əməkdaşlıq əlaqələri qurulub.







16 Dekabr, 2014  09:00 Baxılıb: 1693 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner