Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ukraynada ölümlər səngimir

Ukraynanın şərqində ordu birlikləri ilə rus tərəfdarı separatçıların arasında 5 sentyabrdakı atəşkəsdən indiyə qədər qarşıdurmalarda 1357 adamın öldüyü bildirilib.

Simsar.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Ali Komissarlığı Amerika Avropa və Orta Asiya bölüm rəhbəri  Gianni Maqazzeni 5 sentyabrda baş tutan atəşkəsdən sonra  ölkənin şərqində ordu birlikləri ilə Rus tərəfdarı separatçıların arasındakı qarşıdurmalarda 1357 adamın öldüyünü bildirib.

BMT Cenevrə Ofisində Ukraynadakı insan hüquqları pozuntuları ilə bağlı 8 aylıq hesabatını açıqlayan Maqazzeni qışın  gəlməsiylə Ukraynada çətinliklərin getdikcə artdığını söyləyib.

Maqazzeni  deyib ki, iyuldan bu yana ölkə daxilində münaqişəyə məruz qalan  və həyatda qalma mübarizəsi aparan insanların sayı 59 min 600-dən yarım milyona çıxıb və 545 mindən çox adam isə qonşu ölkələrə qaçıb.

“Ukraynada qarşıdurmaların başladığı aprel ayının ortasından 12 dekabra qədər 4 min 707 insan həyatını itirib 10 min 322 adam isə yaralanıb. Magazzeni 5 sentyabrda baş vermiş atəşkəsdən indiyədək ölkənin şərqində ordu birlikləri ilə rus tərəfdarı separatçıların arasındakı münaqişələrdə  1357 adam ölüb”.

Mart ayında Krımda baş verən referendumda insan hüquqları pozuntularının davam etdiyini bildirən Maqazzini bölgədə 19 min 881 insanın məcburi köçkün olduğunu deyib.

Digər tərəfdən hesabatda Krımdakı bütün dini icmaların hüquqi statusunu qazanmaları və işlərini davam etdirə bilmələri üçün 1 yanvara qədər bu vəziyyətin Krımda düşməncə mühit yaradaraq din və vicdan azadlığınının maneə törətdiyini vurğulayıb.

Aysel Kərimova







15 Dekabr, 2014  19:07 Baxılıb: 690 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner