Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bayramla əlaqədar yarmarkalar keçiriləcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən Simsar.az-a verilən məlumata görə, yarmarkaların Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə dekabrın 27-31-də fasiləsiz olaraq 5 gün müddətində keçiriləcəyi nəzərdə tutulub.

Yarmarkalar paytaxtın Xətai rayonu (Ukrayna dairəsinin yanı, Nəsimi rayonu (S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi), Yasamal rayonu (Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası), Nərimanov rayonu (Gənclik metrosunun yanı), Səbail rayonu (Badamdar qəsəbəsi, Seyran Məmmədov  küçəsi 1, Məktəbin arxası), Suraxanı rayonu (Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12), Binəqədi rayonu  (Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı) ünvanlarında təşkil olunacaq.

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.







15 Dekabr, 2014  18:24 Baxılıb: 573 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner