Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Beynəlxalq ekspertlər Azərbaycanda - FOTOLAR

Sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub.

DSMF-dən Simsar.az-a verilən məlumata görə, ekspertlərin səfəri barədə məlumat verən Layihənin rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova bildirib ki, səfər ötən dövrdə Layihə çərçivəsində görülmüş işlər, aparılmış araşdırmalar, habelə növbəti aylarda yerinə yetirilməsi nəzərdə tutulan işlərin Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri ilə müzakirə edilməsi məqsədi daşıyır. N.Pənahova həmçinin diqqətə çatdırıb ki, Layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlərin daxil olduğu missiya hazırda yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının (“blueprint”) layihəsi üzərində işləyir. Qanunvericilik bazası üzrə ilkin planın ekspertlərin apardığı araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib ediləcəyini vurğulayan N.Pənahova deyib ki, bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.

Ötən həftə ərzində davam edən səfər çərçivəsində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə çoxsaylı görüş və müzakirələr təşkil olunub, Azərbaycanda pensiya islahatlarının növbəti mərhələsi, habelə yığım komponenti və qeyri-dövlət pensiya təminatının tətbiqinin müxtəlif aspektləri ilə bağlı geniş təqdimatlar nümayiş etdirilib. Öncə, ekspertlər növbəti mərhələdə Azərbaycanın sığorta-pensiya sistemində gerçəkləşdiriləcək islahatlarla bağlı qarşıda duran vəzifələr barədə məlumatlandırılıb. Təqdimatla çıxış edən DSMF-nin Hüquq və strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayeva Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunan ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri barədə ətraflı məlumat verib. Pensiya islahatı konsepsiyası ilə müəyyən olunan vəzifələrlə bağlı geniş müzakirələr aparılıb. Ekspertlərin səfəri çərçivəsində təşkil olunan növbəti tədbirdə Latviyalı ekspertlər Jana Muizniece və Dace Brencena təqdimatla çıxış edərək ötən dövr ərzində ekspertlər tərəfindən DSMF ilə, habelə müxtəlif dövlət orqanları, beynəlxalq təşkilatlar və sair qurumlarla keçirilən çoxsaylı görüşlərin, eləcə də Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyətin, qanunvericilik və maliyyə sisteminin öyrənilməsi, təhlili ilə bağlı aparılmış araşdırma işlərinin nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Almaniyalı ekspertlər Markus Maximilian Maria Sailer, Bernd Schulte-Brinker və Heinz-Dietrich Steinmeyerin də qatıldığı növbəti təqdimatlar beynəlxalq təcrübəyə əsasən çox səviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları məsələlərinə həsr edilib.

Qeyd edək ki, Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan Layihə Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq Layihənin həyata keçirilməsi üçün təsdiq olunan müqavilə cari ilin aprel ayında qüvvəyə minib. 5 iyun 2014-cü il tarixdə Avropa İttifaqının respublikamızdakı nümayəndəliyinin rəhbəri, bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Dövlət Sosial Müdafiə Fondunun və digər dövlət qurumlarının rəhbər şəxsləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Layihənin təqdimatı keçirilib. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.

2014-cü il 31 iyul və 31 oktyabr tarixlərdə Layihə çərçivəsində görülmüş işlərin təhlil edilməsi və qiymətləndirilməsi məqsədilə Layihənin Rəhbər Komitəsinin iclasları keçirilib. Rəhbər Komitənin iclaslarında həmçinin növbəti dövrlərdə qarşıda duran vəzifələr müzakirə olunub, müvafiq iş planları təsdiq edilib.

Bu ilin sentyabr ayında Layihə çərçivəsində DSMF-nin əməkdaşları üçün Latviyaya təlim səfəri təşkil edilib. Səfər zamanı DSMF-nin əməkdaşlarına Latviyanın pensiya təminatı sistemi barədə ətraflı məlumat verilib, sistemin strukturu, fəaliyyəti və xüsusiyyətləri barədə geniş təqdimatlar nümayiş etdirilib.

Həmçinin, DSMF-nin əməkdaşlarının Latviyada pensiya təminatı sahəsində fəaliyyət göstərən, habelə digər əlaqədar dövlət orqanlarının və bir sıra özəl pensiya fondlarının işi ilə yaxından tanış olmaq məqsədilə görüşləri təşkil olunub. Təlim səfəri həmçinin Latviyada pensiya təminatı sisteminin təşkili və fəaliyyəti, yğım komponentinin və qeyri-dövlət pensiya təminatının tətbiqi ilə əyani tanış olmaq məqsədi daşıyıb. Layihə çərçivəsində DSMF əməkdaşları üçün növbəti təlim səfəri 2015-ci ilin yanvar ayında Almaniyaya nəzərdə tutulub.







15 Dekabr, 2014  17:41 Baxılıb: 598 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner