Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Müxalifətə razılaşma deyəndə, başından tüstü çıxır” – SƏRDAR CƏLALOĞLU

“Müsavat Partiyasının mitinqdə dediklərini, biz, altıncı gün Əli Həsənova dedik”.

Bunu Simsar.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifət-iqtidar dialoqu -  Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşdən danışarkən deyib.

O bildirib ki, Əli Həsənovla görüş 4 partiyanın fərdi təşəbbüsü olub: “Görüşdə 17-ə yaxın partiyanın iştirakı nəzərdə tutulmamışdı. Sonra bizim iradəmizdən kənar olaraq format dəyişərək 17 partiya formatına keçdi. Müsavat və AXCP görüşdə iştirak etməməyi isə təbiidir. Çünki onlar siyasi məhbus məsələsini mitinqlər vasitəsi ilə aktuallaşdırmağa çalışırlar. Biz isə bu məsələni danışıqlar yolu ilə müzakirə etməyə çalışırıq. Amma onların iştirak edənlər haqqında ağızlarına gələni söyləmələri yalnışdır. Çünki demokrtiyada yollar müxtəlifdir. Partiylar mitinq, piket, aclıq, hökumətlə görüşmək yolu ilə gedə bilər. Bu barədə qeyri-obyektiv düşünmək plüralizmlikdir. Müsavat Partiyasının mitinqdə dediklərini, biz, altıncı gün Əli Həsənova dedik. Mitinq keçirməyin məqsədi fikirləri kiməsə çatdırmaq deyil? Biz də fikrimizi çatdırdıq”.

Partiya sədrinin sözlərinə görə, parlament müxalifəti nadir hallarda mitinqə əl atır. Çünki onlar hər gün öz sözünü deyə bilirlər: “Azərbaycanda bəzi  müxalifət təşkilatları parlamentdə təmsil olunmadığı üçün fikirlərini küçələrdə bildirməyə məcbur olur. İndi fürsət yaranıb, hakimiyyət bizim mövqeyimizi, fikrimizi bilməyə çalışır. Nə üçün bundan imtina etməliyik... Həmin AXCP və Müsavat bu günə kimi Azərbaycan hakimiyyəti ilə keçirilən bir çox müzakirlərdə iştirak ediblər. Onlar ATƏT-in, təşəbbüsü ilə keçirilən 6-7 müzakirədə, ziyallıların dəvəti ilə baş tutan hakimiyyət-müxalifət arası görüşdə iştirak ediblər. Həmin görüşlərdə mən, Əli Kərimli, Etibar Məmmədov, İsa Qəmbər və Lalə Şövkət iştirak etmişik. Hakimiyyət adından isə Əli Əhmədov və Əli Həsənov dəvət olunmuşdular. Təşkilatçılar isə Elçin, Anar və Əkrəm Əylisli idi. Yəni AXCP və Müsavat bu formatlı görüşlərdə çox həvəslə iştirak edib. Həmin görüşlərdə də bizə danışmağa imkan vermirdilər. Özləri isə 40 dəfə danışırdılar. İndi isə deyirlər ki, biz heç vaxt belə görüşdə iştirak etməmişik və etməyəcəyik. Əlimizdə fakt ola-ola bizə üstən aşağı baxırlar. Demokratik müxalifət gərək biri-birinin seçiminə hörmətlə yanaşsın”.

S. Cəlaloğlu bildirib ki, bu gün Azərbaycan müxalifətində demokratiya adı altında totalitar təfəkkürə malik, kommunist düçüncəli insanlar var. Onlar özlərini demokrat adlandırırlar: “Onlar deyir ki, kim bizim kimi düşünmürsə, düşməndir. Belə düşünürlər ki, iki qüvvə var – ağlar və qırmızlar. Qırmızılar radikallardır, ağlar isə hakimiyyətə işləyənlərdir. Üçüncü qüvvə yoxdur. Bu yalnış yanaşmadır. Həm demokrtiya, həm bolşevinizim topluya əsaslanır. Amma aralarında bir fərq var. Demokrtiya bolşevinizimdən fəqləndirən razılaşmadır. Azərbaycan müxalifətinə razılaşma deyəndə başından tüstü çıxır. Bunu satqınçılıq hesab edirlər”

Hüseyn İbadlı







15 Dekabr, 2014  17:09 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner