Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Rast. Niyazi” sənədli filmi təqdim olunacaq

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və beynəlxalq mükafatlar laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş “Rast. Niyazi” sənədli filminin təqdimatı keçiriləcək.

Simsar.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunmuş bu filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Filmin çəkilişində Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin fond materiallarından geniş istifadə olunub.  Filmdə SSRİ Xalq Artisti Tamara Sinyavskaya, xalq artistləri Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, xalq yazıçısı Anar və digər mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər. Türkiyədə və Rusiyanın Sankt-Peterburq şəhərlərində aparılan çəkilişlərdə isə vaxtilə maestro Niyazi ilə birgə işləmiş sənət adamlarının maraqlı müsahibələri yer alıb.

“Rast. Niyazi” filminin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova, operatoru Yuri Varnovski, icraçı prodüseri Əlibala Rəhimov, bədii rəhbəri Eldar Quliyevdir.

Günel







15 Dekabr, 2014  16:48 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner