Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənovdan vəhhabi və nurçu açıqlaması

Azərbaycanda ekstremist dini qrupların fəallaşması hüquq-mühafizə orqanlarını hərəkətə keçirib.

Simsar.az xəbər verir ki, hökumət rəsmiləri də radikal təriqət üzvlərinin aktiv fəaliyyətdə olduğunu dilə gətirirlər. Bu baxımdan ölkədə qeyri-ənənəvi dini sekta üzvlərinin fəallığına qarşı tədbirlər planı gücləndirilir.

ANS-in "Hesabat" proqramının qonağı olan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da geniş müsahibəsində müxtəlif dini cərəyanların ölkədə qarışıqlıq salmaq istəyində olduqlarını vurğulayıb.

Ə.Həsənov qeyd edib ki, inanclı insanları dövlətin üstünə xarici qüvvələr qaldırmaq istəyirlər:

“Deyim ki, Azərbaycan vətəndaşları və Azərbaycanın dini inanclı insanları bu hadisələrin başında durur, onun mahiyyətini təşkil edir və aksiyalar onların iradəsi ilə baş verir, əlbəttə bu, belə deyil. Azərbaycan vətəndaşı firəvan, sabit, normal bir həyat yaşamağa meyillidir.

Və bunu da biz gündəlik həyatımızda, idarəçilikdə müşahidə edirik. Azərbaycanda mövcud dini cərəyanlar ki, bu cərəyanlarda inanclı insanlar birləşiblər. Bunların içərisində həm adını çəkdiyiniz vəhhabilər, dinin şiə qanadını təmsil edənlər, nurçular və digər dini cərəyanlara mənsub insanları göstərmək olar.

Lakin bunları Azərbaycan dövlətinin üzərinə qaldırıb, daxildə bir-birinə qarşı qoyub, bir-biri ilə savaşdırıb nəyəsə nail olmaq istəyən xarici qüvvələr var”.

PA sözçüsü bildirib ki, Azərbaycan dövlətinin sabit vəziyyəti çoxlarına sərf etmir: “Əlbəttə, Azərbaycan dövlətinin sabitliyində maraqlı olan qüvvələr, dövlətlər, Azərbaycanın tərəfdaşları, dünya birliyinin Azərbaycanla sabit əlaqələrində maraqlı olan üzvüləri var. Dövlətə və dövlətçiliyə bunların gücü çatmayanda, ictimai davranış normalarını pozmağa qadir olmayanda, bunlar o tipli aksiyalara əl atırlar. Məscidi partlatmaq, yolda kiməsə sui-qəsd etmək və s”.

 






15 Dekabr, 2014  16:41 Baxılıb: 760 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner