Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

2014-cü ildə dünyada 128 jurnalist öldürülüb

Bu il dünyanın 32 ölkəsində 128 jurnalist öldürülüb.

Simsar.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin məşvərətçi təşkilat statusuna malik “Press Emblem Campaign” adlı qurumun hesabatında bildirilir.

Sənəddə qeyd olunur ki, xüsusilə Suriya, İraq, Fələstin, Pakistan və Ukraynadakı münaqişə və silahlı toqquşmalar nəticəsində xeyli sayda jurnalist həlak olub.

Bu il jurnalistlərin ən çox öldürüldüyü ərazilər siyahısında ilk yeri 16 jurnalist qətli ilə Qəzza bölgəsi tutur. Suriyada 13, Pakistanda 12, İraqda isə 10 jurnalist öldürülüb. Ukraynada isə 9 jurnalist öldürülüb ki, onlardan 4-ü Rusiya vətəndaşıdır.

Sonrakı yerlərdə Meksika (8), Əfqanıstan (6), Honduras (5), Somali (5), Braziliya (4) və Mərkəzi Afrika Respublikası (4) qərarlaşıb. Həmçinin məlum olub ki, 2014-cü ildə

Kamboca, Qvineya, Paraqvay və Filippinin kimi ölkələrin hər birində 3 jurnalist, Panama, Banqladeş, Kolumbilya, Türkiyə, Liviya, Peru və Yəməndə isə 2 jurnalist qətlə yetirilib.

Jurnalist qətli qeydə alınmış ölkələr arasında Myanma, Demokratik Konqo Respublikası, Dominikan Respublikası, Misir, Nigeriya, Panama, Rusiya, Salvador və Səudiyyə Ərəbistanı Krallığı da yer alır.

Xatırladaq ki, ötən il dünyada 129 jurnalist öldürülüb.






15 Dekabr, 2014  15:52 Baxılıb: 704 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner