Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

“Məni öldürmək istəyirlər” - Prezident

“Ekvadorda mənim həyatıma qarşı növbəti sui-qəsd hazırlanmışdı”.

Simsar.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Venesuela Prezidenti Nikolas Maduro çıxış edib. O, sui-qəsdin bir müddət öncə Ekvadorda təşkil edilən Cənubi Amerika Millətləri İttifaqı (UNASUR) sammitində təşkil edildiyini bildirib:

“UNASUR sammitində bizə Mərkəzi Amerikadan məni öldürmək üçün göndərilən şəxsin soyadı, adı, bank hesabı haqqında məlumat daxil oldu. Bundan sonra biz Ekvador Prezidenti Rafael Korreadan mühafizəni gücləndirməyi xahiş etdik. Killer Ekvadora tədbirdən bir gün öncə gəlməyi bacarmışdı. Hazırda onu Venesulada Ekvador hökumətinin təqdim etdiyi informasiyalar əsasında axtarırlar”.

Qeyd edək ki, bu, Maduroya qarşı ilk sui-qəsd deyil. Bu ilin may ayında Venesuela hakimiyyəti ABŞ-ın yardımı əsasında müxalifətin prezidentin məhv edilməsi haqqında plan hazırladığını bildirib. Həmin dövrdə planın əsas təşkilatçısı kimi eks-deputat Mariya Korina Maçado və Dieqo Arrianın adları çəkilmişdi. Hakimiyyət onları Kolumbiyadakı ABŞ səfiri Kevin Uitekerlə gizli əlaqələrdə günahlandırmışdı.

 






15 Dekabr, 2014  14:23 Baxılıb: 720 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner