Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənistan Qevorkyan ailəsini əsassız təbliğat vasitəsinə çevirib – Azərbaycan XİN

“Ermənistan yenə də hər hansı mənəvi, etik, hüquqi və insani dəyərlərdən kənar şəkildə Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş Qevorkyan ailəsini əsassız təbliğat vasitəsinə çevirilib”.

Simsar.az xəbər verir ki, Xarici İşlər Nazxirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı açıqlama verib.

XİN sözçüsü bildirb ki, Qevorkyan ailəsi Ermənistanda hökm sürən istibdad, zülm və ifrat yoxsul həyatdan xilas olmaq üçün dörd il bundan əvvəl Azərbaycana üz tutub və üçüncü ölkəyə keçmək niyyətində olub. Ailənin başçısı Yegişe Gevorkyan  kriminal keçmişi olduğuna görə müraciət edilən üçüncü ölkələr tərəfindən qəbul edilməyib: “Azərbaycanda olduğu müddətdə Qevorkyan ailəsi münasib mənzil, qida və lazımı həyat şəraiti ilə təmin edilib. Qevorkyan ailəsinə daimi əsasda Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin nümayəndələri tərəfindən baxış keçirilmiş, onların saxlama şəraitindən həmişə razılıq ifadə edilmiş və ölkəmiz tərəfindən göstərilən bu humanizm yüksək qiymətləndirilib.

H. Hacıyev bildirib: “Ermənistanda aparılan tibbi müayinələr də ailənin tam şəkildə sağlam olduğunu sübut edib. Ermənistana təhvil verildikdən sonra Yegişe Qevorkyan və onun ailə üzvlərinin Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində məcburi ictimai ifadələrə vadar edildikləri açıq şəkildə görünür. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmir. Bundan əvvəl də Ermənistana təhvil verilmiş Ermənistan vətəndaşları bu kimi işgəncələrə və uzun müddət Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediliblər. Təəssüflər olsun ki, Yegişe Qevorkyan ailəsi də Ermənistanda bu faciə ilə üzləşib”.

Beynəlxalq ictimaiyyət, hüquq müdafiəçiləri Ermənistanın bu kimi qeyri-insani əməllərinə, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş hesab olunan 4000 nəfərdən artıq azərbaycanlının taleyinə və soydaşımız Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş saxta məhkəmə prosesinə və onların məruz qoyulduqları işgəncələrə biganə qalmamalıdır.

Hüseyn İbadlı

 






15 Dekabr, 2014  14:16 Baxılıb: 687 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner