Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Estrada-Simfonik orkestrinin təqdimat mərasimi keçiriləcək

Dekabrın16-da Heydər Əliyev Sarayında estrada-simfonik orkestrinin təqdimat konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar-az-a verilən məlumata görə, orkestrin və solistlərin ifasında gözəl əsərlər, məşhurlaşan və sevilən mahnılar səslənəcəkdir. Orkestrin bədii rəhbəri, tanınmış pianoçu-bəstəkar, əməkdar artist Salman Qəmbərov, dirijor Azər Allahverdiyevdir.

Bu konsert Azərbaycan estrada musiqi sənətinin yeni bir mərhələsinin başlanğıcı olacaq, orkestrin fəaliyyəti isə bu janrın inkişafına töhfə verəcək.

Azərbaycan estradasının zəngin musiqi irsinin və yaradıcılıq ənənələrinin qorunmasını, estrada musiqisinin təbliği və dünya mədəniyyətinə inteqrasiyasını təmin etmək, estrada sənətinin davamlı inkişafını dəstəkləmək məqsədi ilə 2014-cü il 1 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində estrada-simfonik orkestri yaradılıb.

 






15 Dekabr, 2014  14:00 Baxılıb: 793 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner