Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Barat Şəkinskayanın 100 illiyi keçiriləcək

Dekabrın 17-də saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kino sənəti və milli teatrımızın inkişafında özünəməxsus yeri olan Xalq artisti Barat Şəkinskayanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Simsar.az xəbər verir ki, tədbirdə milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan sənətkarın zəngin yaradıcılıq yoluna nəzər salınacaq, onun ustad sənətkar kimi qoyub getdiyi sənət inciləri xatırlanacaq.

Ecazkar səsi, son dərəcə məlahətli səhnə görkəmi ilə uzun illər ürəkləri fəth etmiş, əsl xalq məhəbbəti qazanmış, "Azərbaycan səhnəsinin Cülyettası" adlandırılan Barat xanım klassik və çağdaş dramaturqlarımızın əsərlərindəki bənzərsiz ifaları ilə milli teatr salnaməsinin unudulmaz səhifələrindən birinə çevrilməyə nail olub. Yüksək zövqü, dərin mütaliəsi, səhnə mədəniyyəti, təkrarsız səsi, dünyagörüşü ilə seçilən Barat Şəkinskaya yaradıcılığının tacı sayılan Cülyetta, Dezdemona, Luiza, Viola kimi mürəkkəb obrazlarının məharətli ifaçısı idi.

Günel







15 Dekabr, 2014  13:30 Baxılıb: 816 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner