Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İranda çoxpartiyalı sistem ola bilər - TƏKLİF

İranın Məsləhət Şurasının üzvü, mühafizəkarlar düşərgəsindən olan sabiq spiker Əli Əkbər Natiq Nuri ölkədə demokratiya vasitələrinin olmamasını əsas problemlərdən biri hesab edib.

O deyib: “Ölkədə demokratiya vasitələri olmalıdır. Təəssüf ki, biz oyun qaydalarını bilmirik. Demokratiya olan ölkələrdə partiyalar olmalıdır. Partiyalarsız ölkəni idarə etmək olmaz”.

Trend-in İranın İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ə.Natiq Nuri deyib ki, İslam İnqilabından sonra müharibə olmasına baxmayaraq, ölkədə seçkilər keçirilib. Bu, azadlıq və demokratiyanın göstəricisidir, lakin ölkədə demokratiya vasitələri yoxdur.

O, demokratiya vasitələrindən biri kimi partiyaların olmasının zəruriliyini vurğulayıb: “Biz oyun qaydalarını öyrənməli və ona uyğun oynamalıyıq. Cəmiyyətə partiyalaşma öyrədilməlidir. Seçkilərdə partiyalar öz namizədini irəli sürməlidir və əhali ona səs verməlidir”.

Ə.Natiq Nuri ölkədə əhalinin siyasi düşərgələrin yaratdığı dalğa ilə hərəkət etdiyini və bunun ölkə üçün ziyanlı olduğunu deyib: “Ölkədə siyasi düşərgələrdən hər hansı biri iş başına gəlirsə, digər düşərgənin vəzifədə olan adamlarını vəzifədən uzaqlaşdırır.Ötən 35 il ərzində ölkəmiz bundan çoxlu ziyan görüb”.

Yerli KİV-in məlumatına əsasən, indiyədək İranda partiya, cəmiyyət, hərəkat və digər formalarda 2500-dən artıq siyasi təşkilat qeydiyyatdan keçib. Lakin onlardan 60 faizinin fəaliyyət göstərdiyi bildirilir. İranda partiyalar üç - mühafizəkar, islahatçı və mötədil düşərgələrində siyasi mübarizə aparırlar. İslahatçılar düşərgəsində 47, mühafizəkarlarda 35, mötədillər düşərgəsində isə 25 partiya fəaliyyət göstərir. Onlardan isə yalnız 10-15-i aktivdir.






15 Dekabr, 2014  13:20 Baxılıb: 721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner