Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Türkiyədən başqa heç bir dövlət Ermənistana təzyiq göstərmir" - Zakir Həsənov

"Neçə illərdir, Azərbaycan torpaqlarının bir hissəsi işğala məruz qalıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir nəticə yoxdur".

"Report"un məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər heyəti, hərbi hüquqşünas və psixoloqlarla, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının professor və müəllim heyəti görüşündə deyib.

O, inkişaf etmiş bəzi dövlətlərin, beynəlxalq təşkilatların bu işğala ikili standartlardan yanaşdığını bildirib: "İki nəfər azərbaycanlı öz əzizlərini ziyarət etmək üçün doğma ata-baba ocaqlarına gedib və bu zaman ermənilər tərəfindən tutularaq qatil, terrorçu kimi istintaqa cəlb edilib. Artıq Ermənistan rəsmiləri bu məsələ ətrafında şou düzəldiblər. Bəs, insan hüquqlarına cavabdehlik daşıyan beynəlxalq qurumlar niyə susurlar? Axı, bizim vətəndaşlarımız terrorçu deyillər, sadəcə öz mənəvi ehtiyacları xatirinə işğalda olan doğma ocaqlarına gediblər. Amma neçə illərdir ki, qanuni torpaqlarımız işğala məruz qalıb, qardaş Türkiyədən savayı heç bir dövlət buna görə Ermənistana təzyiq göstərmir. Belə olan halda şəxsi məsuliyyətimizi dərindən hiss etməli və doğma torpaqlarımızı işğaldan azad etmək üçün ədalətli mübarizəyə hazır olmalıyıq".






15 Dekabr, 2014  11:52 Baxılıb: 730 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner