Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Böyük qardaş” və “Qan qardaşımız”ın birliyi Avropanı niyə qorxudur? - Təhlil

Rusiya prezidentinin dekabrın əvvəli Türkiyəyə səfəri Avropa nəzərindən heç də birmənalı qarşılanmadı. Türkiyəli politoloqlar bu səfəri iki ölkə üçün uğurlu addım adlandırır və onun gətirəcəyi fürsətlər barədə müzakirələr aparırlar. Lakin Avropa ölkələri rəsmilərinin sözügedən səfərin ardınca Türkiyəni ziyarət etməsi Qərbdəki narahatlığın mövcudluğunu danılmaz edir. Almaniya mətbuatı Putin Ərdoğan görüşünü “Çarın Sultanla görüşü” kimi qiymətləndirərək yeni koalisiyanın yaradılmasına işarə verir.

Avropa nədən ehtiyatlanır? Azərbaycan tərəfdən səs-küylü görüşə münasibət necədir? Qan qardaşı ilə Böyük Qardaşın görüşü kiçik qardaş olan Azərbaycana hansı təsiri göstərəcək? Simsar.az bu sualları Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli ilə təhlil edib.

Politoloq bu barədə fikir bildirərkən əvvəlcə qonşularımızın görüşünü “qonşuda bişər, bizə də düşər” prinsipi ilə dəyərləndirib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin dekabrın 1-də Türkiyəyə etdiyi səfərə təkcə Rusiya-Türkiyə münasibətləri konteksində qiymət vermək düzgün deyil. “Bu səfərdə əsas məqsəd İkitərəfli Yüksək Səviyyəli Əməkdaşlıq Şurasınnın növbəti iclasında iştirak etmək idi. Ancaq prinsip etibarilə hesab edirəm ki, səfər təkcə Rusiya ilə münasibətlərin inkişafında deyil, Cənubi Qafqazda ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müəyyən təsir gücünə malikdir”.

Avropanın narahatlığının səbəbləri barədə danışarkən E.Nəsirli qeyd edib ki, bəzi politoloqlar hesab edir ki, Qərbin bu narahatlığı Türkiyəyə qarşı təzyiqləri artıra bilər. Ancaq buna baxmayaraq Türkiyədə praqmatik siyasətçilər hakimiyyətdədirlər. Və onlar bütün addımlarını gələcəyə hesablanmış şəkildə atırlar.

“Qarşıdan qondarma erməni soyqırımının 100 illiyi gəlir. Rusiya ilə münasibətlərin yaxşılaşdırılması və yaxınlaşdırılması bu istiqamətdə Türkiyəyə mənfi təsir göstərə bilər. Ancaq Türkiyədə praqmatik siyasətçilər hakimiyyətdədirlər. Bu baxımdan atılan bütün addımlar gələcəyə doğru hesablanıb”.

ABŞ tərəfdən Türkiyəni heç bir təhlükə gözləmədiyini bildirən politoloq fikirlərini bu şəkildə şərh edib: “ABŞ-da Konqresə keçirilən 4 noyabr tarixli seçkilərdə Respublikaçılar partiyası hər iki palatada üstünlüyü ələ keçiriblər. Bu o deməkdir ki, 2016-cı il prezident seçkilərində respublikaçıların qalib gəlmə şansı kifayət qədər böyükdür. 2015-ci ilin yanvar ayında fəaliyyətə başlayacaq Konqresin Nümayəndələr Palatasının rəhbəri Con Borner Türkiyəyə aprel ayında səfər etdi. Bildirdi ki, “Konqresdə qondarrma erməni soyqırımını müzakirə etmək fikrimiz yoxdu. Tarixi konqresmenlər yox, tarixçilər yazırlar”.

Nəzərə alsaq ki, Nümayəndələr Palatasının 435 üzvü var. Burada əsas söz sahibləri respublikaçıların və Senatın da mövqeyi bəllidir. Senatın Xarici İşlər Komitəsində ermənipərəst keçmiş rəhbəri əvəz edən Korkerin də əks mövqeyini Türkiyə nəzərə alıb”.

E. Nəsirli bildirib ki, Türkiyə heç də sadəlövh dövlət deyil. Avropanın ona qarşı siyasi motivlərdən istifadə etdiyinin və həm siyasi, həm də dini müxtəlifliyə görə Avropa İttifaqına qəbul edilməkdiklərinin fərqindədir: “Türkiyənin də Avropa İttifaqına qarşı ciddi tələbləri var. Çünki Avropa İttifaqı Türkiyə istiqamətində siyasi motivlərdən istifadə edir. Daha çox Türkiyəyə təzyiq yolunu seçir. Türkiyə Avropa İttifaqına daxil olan Bolqarıstan, Macarıstan və digər dövlətlərlə müqayisədə daha çox Kopenhagen meyarlarına uyğundur. Türkiyə özü də bilir ki, onun Avropa İttifaqına qəbul edilməməsinin siyasi və dini səbəbləri var. Ona görədə milli maraqlarına uyğun olaraq Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır və bunu gizlətmir”.

Ülviyyə Cövdətqızı






15 Dekabr, 2014  12:00 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner