Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MSK kompüter mütəxəssisləri üçün treninqlər keçirir

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar layihələr davam etdirilir.

Mərkəzi Seçki Komissiyasından (MSK) Simsar.az-a verilən məlumata görə, bələdiyyə seçkilərinə hazırlıq məqsədilə dekabrın 15-dən etibarən dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün treninqlərə başlayıb. Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni və daha da təkmilləşdirilmiş imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirməkdir. Treninqlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə imkanı yaradılacaq ki, bu da dairə seçki komissiyalarının kompüter mütəxəssislərinə praktiki iş təcrübəsi qazanmaq imkanı verəcək və səsvermə günü “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən daha rahat istifadəni təmin edəcək.

Treninqlərin 3 gün davam etməsi və dekabrın 17-də başa çatması nəzərdə tutulur.

Hüseyn İbadlı

 






15 Dekabr, 2014  10:50 Baxılıb: 644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner