Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məktəb direktorları məsuliyyətdən niyə yayınır? – Mobil telefon qadağası

Ötən il Bakı şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərdə şagirdlərin mobil telefon istifadəsinə qadağa qoyulması ilə bağlı tabeiliyində olan qurumlara təlimat ünvanlamışdı. Bəzi məktəblər isə bir qədər də irəli gedərək, hətta müəllimlərin də telefondan istifadəsinə qadağa qoymuşdu. Lakin bu qadağalar paytaxtın 326 orta ümumtəhsil məktəbinin təxminən 30 faizində reallaşdırıla bildi və prosesin genişləndirilməsinə şərait yaradılmadı.

Bəs qərarın icrası sona qədər niyə tətbiq edilmədi?

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü bildirir ki, müasir zamanda mobil telefondan istifadənin qarşısını qadağalarla almaq mümkün deyil: “İndi həyatımız elədir ki, telefonsuz keçinmək qeyri-mümkündür. Aşağı siniflərin şagirdləri telefon vasitəsi ilə ailələrinə zəng edir, məktəbə gəlib-getdiyini haqda valideyinlərinə məlumat verir. O cümlədən müəllimin də telefona ehtiyacı var. Sadəcə, məktəb nizamnaməsində belə bir əlavə edilməlidir ki, təlim-tədris prosesində telefonları açıq saxlamaq olmaz. Əgər belə bir hal olarsa müəllim də, şagird də cəzalandırılmalıdır”.

Ekspert əlavə etdi ki, əgər cəza ilə bağlı əmr yerinə yetirilərsə, burada problem qalmaz: “Məsələn, özəl məktəblərdə buna xüsusi diqqət yetirilir. Bu məktəblərdə həftədə bir dəfə məsul şəxslər siniflərə daxil olur və telefonların açıq olub-olmadığını yoxlayır. Açıq olan telefonlar dərhal şagirddən alınır və maya qədər məktəbdə saxlanılır. Bu qərara hər kəs riayət edir. Şagird yalnız tənəffüs zamanı telefondan istifadə edə bilər. Düşünürəm ki, bütün orta məktəblərdə də bu cür qayda tətbiq etmək lazımdır. Məktəblərdə müəllim və şagirdin dərs zamanı özünü necə aparması ilə bağlı daxili qaydalar, nizam-intizamlar var. Həmin qaydalara bunu da əlavə etmək olar”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin də mövqeyini öyrəndik.

Təhsil Nazirliyindən isə Simsar.az-ın sorğusuna cavab olaraq bildirildi ki, ümumtəhsil məktəb şagirdlərinin dərs məşğələləri zamanı və digər məktəb tədbirlərinin keçirildiyi vaxt mobil telefondan istifadə etmələrinin yolverilməzliyi barədə valideyn və şagirdlərin məlumatlandırılması, bu məsələyə xüsusi nəzarətin həyata keçirilməsi yerli təhsili idarəetmə orqanlarına və məktəb rəhbərlərinə tapşırılıb.

P.S. Deməli, dövlət məktəblərində bu məsələ təhsil müəssisələrinin rəhbərlərinə tapşırılıb. Amma baş verənlərdən ən çox narazı olan da nədənsə məktəb direktorlarıdır. Yəni məktəb rəhbərləri bu məsələdə daim valideyinləri günahlandırmağa çalışırlar. Belə çıxır ki, problemin kökü məktəbin idarəçiliyindədir.

Məsələyə qayıdacağıq...

Aysel Kərimova






15 Dekabr, 2014  11:00 Baxılıb: 874 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner