Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycan dilinə yuxarıdan aşağı baxanlar... - FOTOLAR

Kafe və restoranların adı əcnəbi dildə yazılır, kinoteatrlarda filmlər tərcümə edilmir, iaşə obyektlərində xidmətçilər rusca danışır...

Ölkənin şəhər və rayonlarında, xüsusilə də Bakıda Azərbaycan dilinə hörmətsizlik baş alıb gedir. Dükanların, otellərin, restoranların, kafelərin, çayxanaların əksəriyyətinin adı xarici, əsasən ingilis dilində yazılır. Bu hala mərkəzdə daha çox rast gəlinir. Hətta paytaxtın mərkəzində olarkən özümüzü Azərbaycanda deyil, hansısa bir xarici ölkədə təsəvvür edirik. Dilimizi bəyənməzlik haradan qaynaqlanır?

Nizami küçəsində (“Torqovı”) bir sıra obyektlərin adlarının tərcüməsi mümkün də deyil. Hətta kafe, restoran sözlərini “reustorant”, “cafe” yazırlar. “Pizza İnn”, “Amazon Cafe”, “Balizza cafe”, “Bookcafe” “Ali & Nino”, “Teatral Tea club” və s. buna misal göstərmək olar. Görünür, kafe, restoran, mağazalara Azərbaycan dilinə aidiyyəti olmayan adlar qoymaqla sahibkarlar onların məkanlarının digərlərindən seçiləcəyini düşünür. Ancaq bu cür obyektlərdə göstərilən xidmətin səviyyəsi də heç də qənaətbəxş deyil.

Hətta mağazalarda, restoranlarda xidmətçilər də öz dilimizdə danışmırlar. “Torqovı”da baş çəkdiyimiz geyim mağazasının satıcısından niyə Azərbaycan dilində danışmadığını soruşduqda o, bunu mağazaya gələn müştərilərin əksəriyyətinin rus dilli olması ilə izah etdi: “Alıcıların 80 faizi rus dilində danışır. Mənim rus dili səviyyəm bir az aşağı idi deyə müdir məni satıcı kimi işə götürmək istəmirdi. Deyirdi ki, rus dilini bilmirsənsə, müştəri ilə necə danışacaqsan?”

Bundan başqa şəhərin müxtəlif küçələrində divarlara yapışdırılan elanlarda qrammatik qaydalar da kobud şəkildə pozulur. Bu lövhəciklərdə rus, türk, ingilis sözlərindən  yerli-yersiz istifadə edirlər. Metronun “Qara Qarayev” stansiyası yaxınlığında “Ofisiantka tələb olunur”, “Nisiyə mal verilmir” kimi elanları da müşahidə etdik.

Paytaxtda fəaliyyət göstərən kinoteatrlarda da eyni vəziyyət idi. Bunu “Park Bulvar” ticarət və əyləncə mərkəzində yerləşən “Park Cinema”da da müşahidə etdik. Burada bilet satanın da alanın da azərbaycanlı olmasına və dilimizi bilməsinə baxmayaraq, hər ikisi rus dilində danışırdı. Filmlərin nümayişinə gəlincə isə onların əksəriyyəti rus dilindədir.

Xatırladaq ki, Azərbaycanda kinoteatrlarda nümayiş olunan bütün filmlərin dövlət dilinə çevrilməsi haqqında qərar verilib. 5 iyul 2011-ci ildən etibarən kinoteatrlarda nümayiş olunan bütün filmlər Azərbaycan dilinə dublyaj olunmuş versiyada verilməli idi. Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən, kinoteatrlar filmi Azərbaycan dilində istənilən formada nümayiş etdirə bilərlər.

Qeyd edək ki, Türkiyədə subtitrlə tərcüməyə daha çox üstünlük verilir. Yəni, orijinal filmin aşağısında türkcə yazılı tərcümə gedir. Rusiyada isə sinxron tərcüməyə üstünlük verilir. Azərbaycanda isə bu sahədəki qanunlara əməl olunmur, dilimizə hörmətlə yanaşılmır. Nəticədə, dili bilən də, bilməyən də filmlərə əcnəbi dildə baxmağa məcbur olur.

Musavat.com







15 Dekabr, 2014  09:50 Baxılıb: 840 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner