Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

XİN-dən Nalbandyana SƏRT CAVAB

"Ermənistanın xarici işlər nazirinin bu kimi mahiyyətsiz açıqlamaları Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların mahiyyətini təhrif etdiyini və yalnız danışıqların imitasiyası ilə məşğul olduğunu bir daha ifşa edir".

Simsar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici işlər naziri Eduard Nalbandyanın mətbuat konfransında söylədiyi fikirlərinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, Ermənistanın bu addımları beynəlxalq ictimaiyyəti aldatmaq və çaşdırmağa xidmət edərək, uğursuz formada münaqişənin həllindən yayınmaq məqsədi daşıyır: “"Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən qoşunlarının çıxarılması və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən də edilən çağırışlara baxmayaraq, Böyük sülh sazişi üzərində işə başlanılması üçün heç bir addım atılmır.Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın bu yalanları çox yaxşı başa düşülür. Ona görə də Ermənistanın danışıqlar prosesində mahiyyət üzrə konstruktiv mövqe tutması üçün tədbirlər görülməlidir”.

H.Hacıyev münaqişənin fundamental əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin işğalı təşkil etdiyini qeyd edib. Münaqişənin sülh yolu həlli üçün də ilk növbədə Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Hüseyn İbadlı







13 Dekabr, 2014  15:46 Baxılıb: 644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner