Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili köçkün qadınlardan danışdı

Millət vəkili Qənirə Paşayeva Pakistanın Sindh Əyalət Parlamentinin rəhbərliyi ilə görüşüb və köçkün qadınlardan danışıb.

Simsar.az xəbər verir ki, Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva  Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Raza ilə görüşüb. Ona Azərbaycanla bağlı, Azırbaycada qadınların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində görülən işlərlər bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva  Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Razaya qaçqın və məcburu kökün qadınlarıla da bağlı danışıb. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməli bə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.  Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ məsələsinə dəstəyindən dolayı komitə sədrinə təşəkkürünü bildrib. “Pakistan Senatı  Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin və sizin kimi bu məsələyə dəstək verən ədalətli insanların bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili Azərbaycanın da bütün beynəlxaql platformalarda hər zaman  Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Razaya  Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə  və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman  qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Azərbaycanda səfərdə olduğunu, yüksək səviyyədə görüşlər keçirdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Raza münasibətlərimizin daha da inkişafı bizi məmun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Raza bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib.Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Razanı Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Raza Azərbaycanı görməkdən böyük məmnuniyyət duyacağını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Razaya müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Pakistanın Sindh Əyalət Parlamentinin vitse-spikeri xanım Syeda Shehla Razaya hədiyyə olunub.







13 Dekabr, 2014  14:33 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner