Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Putinin maraqları, Ərdoğanın xəyalları: SURİYA – TƏHLİL

Rusiya və Türkiyə yaxınlaşması dünya birliyinin diqqət mərkəzindədir. Xüsusilə qərb ölkələri bu yaxınlaşmadan narahat olduqlarını bildirirlər. Məsələyə başqa prizmadan baxanda bu yaxınlaşmanın episentrində ciddi problemlərin olduğu üzə çıxır. Çünki Rusiya-Türkiyə arasında müəyyən məsələlərdə, xüsusilə Suriya məsələsində fikir ayrılığı möcvuddur. Məhz buna görə də, bəzi qərb ekspertləri dünya liderlərini təmkinli olmağa səsləyirlər.

Bu arada Rusiya tərəfi Suriya ilə bağlı yeni plan hazırladığını açıqladı. Planın detalları barədə ətraflı məlumat verilməsə də, prosesin uğursuz nəticələnəcəyinə şübhə qalmır. Çünki Rusiyanın planının arxasında şəxsi maraqlar dayanır. Eyni zamanda prosesə cəlb olunan dövlətlərin müsbət cavab verməsi də bir o qədər real görünmür.

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, Rusiya üçün müttəfiq və ya tərəfdaş anlayışı yoxdur. İnstitut rəhbərinin sözlərinə görə Rusiya hələ də imperiya eyforiyasından çıxmayıb: “Putinin MDB dövlət başçıları ilə görüşünə nəzər yetirsək görərik ki, Rusiya tərəfi digər dövlətlərin bərbərhüquqlu dövlət kimi “dəyirmi masa” arxasında oturmasını qəbul edə bilmir. Çünki həmin dövlətlər 23 il öncə onun əsarəti altında istismar olunan  dövlətlər olublar. Rusiya eyni siyasəti Türkiyə ilə aparmaq niyyətini də açıq şəkildə orta qoyur. Amma hər iki dövlətin lideri dünya birliyinə “biz də varıq” mesajı vermək üçün biri-birilərindən istifadə edirlər. Amma bu oyunundan yalnız Qərb və Avropa qalib ayrıla biləcək”.

“Ərdoğan dünyanın ən güclü liderinə çevrilə biləcəyini düşünür”

Putinin heç zaman öz maraqlarından imtina etmədiyini deyən F.Məmmədovun sözlərinə görə, Suriya Rusiyanın Yaxın Şərqdə olan son dayağıdır: “Putin anlayır ki, Suriya məsələsində Türkiyəyə güzəştə getsə Rusiya həmin torpaqlara bir daha qayıda bilməyəcək. Erdoğan isə tam başqa xəyyalların ardındadır. O hesab edir ki, Rusiya kartı ilə istənilən məsələni həll edə və hətta dünyanın ən güclü liderinə çevrilə bilər. Bu isə olduqca yalnış və təhlükəli siyəsətdir. Bu gün Türkiyənin yürütdüyü siyasət heç də ürəkaçan deyil. Əgər Türkiyə tərəfdaşları ilə birlikdə hərəkət etməzsə, yaxın tarixdə böyük siyasi böhran yaşaya bilər”.

Dünyanın siyasi imicində gedən ciddi dəyişikliklər bütün dövrlər üçün aktual məsələ olub. Ötən dövrlərdən fərqli olaraq yeni dünya düzəninin arqumentlərinin dəyişilməsi, aparıcı dövlətlərin aktual məsələlərə öz maraqları çərçivəsində yanaşması bəzi hallarda mənfi nəticələrlə yekunlaşıb. Gələcəyin necə olacağını isə yalnız zaman göstərəcək.

Hüseyn İbadlı

Siyasət Şöbəsi







13 Dekabr, 2014  14:45 Baxılıb: 996 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner