Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Mirmahmud Mirəlioğlu: "Nəticə gözləyirik"

«Görüşdə bütün məsələlər müzakirə olundu. Görüşdə əsasən siyasi məhbuslar, proporsional seçki sistemi, partiyaların maliyyələşdirilməsi və digər məsələlər müzakirə olundu. Ən əsası isə görüşün davamlı və əhatəli olması qənaətinə gəldik. Qaldırdığımız məsələlər qeydə alındı, nəticəsini gözləyirik».

Simsar.az-ın məlumatına görə, bunu bu gün keçirilən iqtidar-müxalifət görüşündə iştirak etmiş Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

Qaldırılan məsələlərin qiymətləndiriləcəyinə və nəticəsinin olacağına ümid etdiklərini qeyd edən M. Mirəlioğlu bu görüşün bütün problemlərə, bütün məsələlərə müsbət təsirinin gözlənildiyini vurğulayıb.

M. Mirəlioğlu Müsavat Partiyası və AXCP-nin görüşdə iştirak etməməsinə münasibət bildirib.

O qeyd edib ki, görüşlə bağlı məsələni Demokratiya və İnsan Haqları Mərkəzində 11 partiya müzakirə edib: «Müsavat Partiyası da əvvəldən axıradək bu müzakirələrdə iştirak edib. Maraqlısı budur ki, müzakirədə iştirak edən şəxs məsələyə cavab vermir, ancaq hansısa funksionerdən soruşurlar ki, Müsavat burada iştirak edəcək, ya yox. AXCP-nin isə bu məsələdə hansı mövqedə dayandığı bəllidir».






13 Dekabr, 2014  14:00 Baxılıb: 724 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner