Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Müsəlman ermənilər – Hemşinlər

Bu gün erməni mediasında tez-tez aşağıdakı fikrə rast gəlmək olar:

“Qarşımızda milli eyniyyətimizə qarşı böyük təhlükə dayanır. Erməni cəmiyyətinə özlərini xristian hesab etməyən və İslam dinində olan ermənilərin inteqrasiya etməsi Ermənistanın milli təhlükəsizliyinə xələl gətirə bilər”. Əslində problemin kökündə islamın sürətlə yayılmasıdır. Sarkisyan Fransaya səfəri çərçivəsində ölkəsinin İsveçrədəki səfiri, məşhur şanson Şarl Aznavurla da görüşüb. Həmin görüşdə Aznavur dünyada islam dinin qəbul etmiş ermənilərin sayının getdikcə çoxaldığı və bəzi məlumatlara görə 1 milyona çatdığını dilə gətirib.

Erməni eyniliyi barədə son illərdə Ermənistan alim və siyasətçilərinin baxışlarında fikir ayrılıqları yaranıb. Onların bir çoxu müsəlman ermənilərini dünya ermənilərinin bir parçası saymaq istəmədiklərini bəyan edirlər. Digər dinin daşıcıyıları olan ermənilərdən fərqli olaraq İslam – dünyagörüşü, həyat tərzi olduğu üçün müsəlman ermənilər milli köklərdən və erməni dəyərlərindən ayrılır. Bəzi hallarda onlar bu dinə daha çox riayət edirlər və erməni Kilsəsinin tapşırıqlarından kənara çıxırlar. Bu isə siyasətçilərin fikrincə ümumerməni işinə ciddi təhlükələr yaradır.

Kimdir müsəlman ermənilər və onları digər ermənilərdən nə fərqləndirir? Bu suala cavab axtarmağa çalışacağıq. Əslində “Erməni hər yerdə ermənidir” şüarı ilə anadan olan gündən tərbiyə edilən bu millətin “erməni xəstəliyi” sindromu eynidir. Lakin bəzi nüanslar var ki, onlara baxış edək və niyə müsəlmanlığı qəbul edən erməniləri – hemşinləri Ermənistanın hakimiyyət dairələri ilə yanaşı, dünya erməniləri də «rəzil xəyanətkarlar» sayırlar?

İslam dininə etiqad edən erməniləri hemşinlər adlandırırlar və onlar şərq, qərb və şimal olaraq üç qrupa bölünür:

Şərqi hemşinlər (Homşetsi): Artvin ilinin Hopa (xüsusilə Kemalpaşa) və Borçka rayonlarında yaşayan ana dili erməni dilinin Qərb dialektlerinden biri olub yerli halkça Homşetsi / Hemşotsi, Homşetsi lizu (Hemşin dili) və ya Hemşince olaraq adlandırılan sünni müsəlman qrupudur. Dilbilimci Vaux bu dili Homşetsma olaraq adlandırmışdır.

Qərbi hemşinlər (Armeni): Rizənin Hemşin və Çamlıhemşin bölgələrinin və az miqdardada Fındıqlı, Çayeli, Bazar, Ardeşen və İkizdere bölgələrinin yüksək və dağlıq bölgələrində yaşayan, erməni əsilli lakin ana dili türk dili olan sünni müsəlman qrupudur.

Şimali hemşinlər: İndiki vaxtda Gürcüstan və Rusiyada yaşayan, Osmanlı dövründə Hemşinden ayrılmaq məcburiyyətində qalmış və 1915-ci ildə qədər Samsun Ordu, Trabzon və Giresuna köçərək o bölgələrdə yaşamış ana dili Homşetsi olan xristian qrupudur.

Məşhur tarixçi, ABŞ-ın Viskonsin Universitetinin professoru Bert Voks israrla bildirir ki, bu iddiaların heç bir əsası yoxdur. Milli.Az saytının məsələ ilə bağlı Bert Voksa ünvanlandığı sorğusuna cavabda Türkiyədəki hemşinlərin İrandan Türkiyəyə köçən və orada İslamı könüllü qəbul edən ermənilər olduğunu görə bilərik. Hemşinlər əsasən Trabzon, Ordu və Rizə vilayətlərində kompakt yaşayırlar. Onların bir hissəsi Artvin bölgəsindədir. Gürcüstan və Rusiyadakı amşenlər isə xristian ermənilərdir. Bu şəxslər 5 əsr əvvəl erməni qriqorian kilsəsindən imtina edərək provoslavlığı qəbul ediblər. Xristian amşenlər əsasən Rusiyanın Krasnodar və Stavropol diyarlarında, Qazaxıstanda, bir də Gürcüstanın Acariya bölgəsində məskunlaşıblar.

Professor Doktor Laszla Kasony yazır ki, Anadoluya ilk gələn hemşinlər Dədə Qorqud dilində (oğuz türkcəsi) danışırdılar. M.Kaşğarinin tərəfindən 1074-cü illərdə toplanan Divani Lüğətdə Hemşin sözünün quzu dərisindən kürk mənasını ifadə etdiyi yazılır və islamı qəbul edilən ermənilər məhz yerli türklərin belə kürk geyindikləri üçün hemşin adlandırıldıqlarını yazır.

Ermənilərin iddialarına görə, hemşinlərin sayı 100 000-dən artıqdır, amma Türkiyə Milli Təhlükəsizlik Şurası tərəfindən 8 il əvvəl aparılan bir araşdırmaya görə, Türkiyədəki hemşinlərin sayı cəmi 13 min nəfərdir.

Çox maraqlıdır ki, 2008-ci ildə Türkiyədə erməni köklü müsəlmanlardan, Qarabağın statusunun kimə məxsus olmasına dair sorğu keçirilib, 50%-dan çoxu deyib ki Ermənistana, qalanı Qarabağı müstəqil dövlət kimi görüb və cəmi 1-2%-i  Qarabağı Azərbaycanın ərazisi adlandırıb.

Bu gün türk alimlərinin çoxu qeyd edir ki. ermənilərin əksəriyyəti ticarət və digər sahələrdə güzəşt əldə etmək üçün İslamı qəbul edərək ondan öz maraqları üçün yararlanmağa çalışırdılar. Məlumdur ki, Osmanlı imperiyasında ermənilər geniş imkanlara sahib idilər, hətta demək olar ki, imperiyada ticarət ermənilərə həvalə edilmişdi və qeyri müsəlman olduqları üçün özlərinə olan baxışları dəyişmək istəyən ermənilər islamı qəbul etməklə bir növ azad ticarət üçün pasport əldə edirdilər.

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru






13 Dekabr, 2014  13:00 Baxılıb: 1693 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner