Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənov: “Partiyalarla əməkdaşlığı olan hakimiyyət güclü olur”

“Azərbaycanın hazırkı hakimiyyəti mövcud olduğu dövrdən daim dialoqa hazır olub və dialoq əhval ruhiyyəsi ilə fəaliyyət göstərib”.

Simsar.az xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün aparıcı müxalifət partiyaları rəhbərləri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Azərbaycanı təkcə iqtisadi rifah, iqtisadi islahatlar, iqtisadi yüksəliş ilə təsəvvür etmirik, eyni zamanda ölkədə davamlı olaraq siyasi islahatlar getməlidir: “Bizim dövlətin idarəçilik sistemi təkmilləşdirilməlidir, siyasi sistemimiz təkmilləşdirilməlidir. Modernləşmə prosesi təkcə dövlətin iqtisadi sosial görüntü və digər sahələrdə dəyişməsi deyil, eyni zamanda siyasi cəhətdən dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların tətbiq edilməsi və həyata keçirilməsindən ibarətdir”.

Ə. Həsənov sözlərinə görə, Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı olmadan, vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür: “Ona görə də biz davamlı olaraq bir neçə dəfə mətbuatla, siyasi partiyalarla, bir neçə dəfə də qeyri-hökumət təşkilatları ilə görüşlər keçirmişik. Bu gün də keçirilən bu görüş məhz Azərbaycanın bir qrup aparıcı müxalifət partiyalarının təşəbbüsü ilə reallaşdırılıb və düşünürəm ki, burada biz partiyaların istədiyi məsələ ətrafında fikir mübadiləsi aparacağıq, istədiyiniz fikirləri dinləyəcəyik, ümumiləşdirəcəyik və müvafiq olaraq mən Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi nəticələri müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam”.

Admnistrasiya rəsmisi bildirib ki, siyasi partiyalarla əlaqələri olan və vətəndaş cəmiyyəti institutları ilə əlbir işləyən hakimiyyətlər güclü olur: “Bir ölkədə baş verən proseslərə yalnız bir nöqteyi-nəzərdə yanaşanda əlbəttə opponentsizlik müəyyən qədər hakimiyyətin də zəif tərəfi olur. Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq siyasi opponentlərimiz ilə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik”.

Hüseyn İbadlı

 






13 Dekabr, 2014  12:15 Baxılıb: 706 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner