Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda metro qatarı gənci yaraladı

Metronun “28 may” stansiyasında gənc oğlanı qatar vurub.

“a24.az” saytının məlumata görə, hadisə dünən axşam saat 18:32-də baş verib.

1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu “28 may” stansiyasında olarkən baş nahiyəsi Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən qatarın arxa vaqonun güzgüsünə dəyib.

Gənc aldğı xəsarət ağır olduğundan huşunu itirib. Dərhal hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. İ.Hüseynov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, 1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu “28 may” stansiyasında olarkən Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən 41 saylı qatarın arxa vaqon güzgüsünə dəyib:

“O təhlükəsizlik xəttini keçdiyi üçün hadisə baş verib. İ.Hüseynov əlində olduğu mobil telefonla başını aşağı salıb məşğul olarkən fikri yayınıb və təhlükəsizlik xəttindən irəli çıxıb. Nəticədə də qatarın güzgüsü onun baş nahiyəsini yaralayıb”.

Qurum rəsmisi bir daha hadisənin sərnişin ehtiyatsızlığından baş verdiyi bildirib.

N.Paşayev belə hadisələrin təkrarlanmaması üçün sərnişinləri stansiyalarda ehtiyatlı olmağa çağırıb:

“Belə hadisələr dəfələrlə baş verib. Ehtiyatsızlıq ucbatından qatar relsinin üzərinə düşən sərnişinlərdə olur. Son anda Metropoliten işçiləri onların həyatlarını xilas etməli olurlar”.

 






13 Dekabr, 2014  12:02 Baxılıb: 703 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner