Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Rusiya Suriya böhranı ilə bağlı plan hazırladı

Rusiya Xarici İşlər Nazirinin Müavini Mixail Baqdanov, suriyalılar arasında dialoq başlanılmasını nəzərdə tutan bir plan hazırladıqlarını açıqlayıb.

Simsar.az Rusiya medyasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirinin Müavini Mixail Boqdanov, ölkəsinin suriyalı müxaliflərlə hökumət nümayəndələrinin və Suriya böhranının həllində təsiri olan ölkələrin qatılacağı toplantıya ev sahibliyi edəcəyini açıqlayıb.

Suriyadakı böhranın ən qısa müddətdə həll edilməsini istədiklərini bildirən Boqdanov, Moskvanın bu addımının Cenevrə danışıqları çərçivəsində ciddi dialoqun başlanması üçün zəmin hazırlamağa yönəlmiş olduğunu deyib.

Moskvanın Suriyalı qrupların ünsiyyət və əlaqə mərkəzi halına gətirilməsini nəzərdə tutan bir plan hazırladıqlarını bildirən Boqdanov, qurulan təmasların təsirli və nəticə verici olmasını istədiklərini ifadə edib.

Mixail Boqdanov, Rusiyanın hazırladığı planla bağlı verdiyi bəyanatda ilk növbədə Suriya daxilindəki və xaricindəki müxalif qrupların Moskvada görüşlər keçirəcəyini, ikinci mərhələdə Suriya hökuməti nümayəndələrinin Rusiyaya gələ biləcəyini, sonra texniki səviyyədə addımlar atılacağını və razılığa gəlmək üçün konfrans keçirəcəyini deyib.

Boqdanov, Suriya böhranının həllində mühüm rol oynayan ölkələrin - Amerika, Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və İran kimi ölkələrin konfransda iştirakının əhəmiyyətli olduğunu qeyd edərək ölkəsinin bu toplantının 2015-ci ilin yanvar ayında keçirilməsini ümid etdiyini söyləyib və bu görüşün nə qədər tez keçirilsə o qədər yaxşı olacağını vurğulayıb.

Bundan öncə Suriya daxilindəki və xaricindəki müxalif qrupların nümayəndələri ilə görüşən Mixail Boqdanov, qısa bir müddət əvvəl Livanda Hizbullah baş katibi Seyid Həsən Nasrullahla sonra Dəməşqdə Prezident Bəşər Əsədlə görüşmüşdü.

Hüseyn İbadlı







13 Dekabr, 2014  11:50 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner