Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

MN-dən minaatanla bağlı AÇIQLAMA

“Dekabrın 11-dən 12-nə keçən gecə təmas xəttində erməni tərəfinin iddia etdiyi kimi qumbaratanlardan istifadə olunmaqla heç bir atışma baş verməyib. Cəbhədə vəziyyət bütün istiqamətlər üzrə Azərbaycan silahlı qüvvələrinin nəzarətindədir və düşmənin atəşkəsi pozmaq cəhdlərinin qarşısı alınır”.

Simsar.az xəbər verir ki, bunu ans press-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O bildirib ki, Ermənistan tərəfinin cəbhə ilə bağlı yaydığı məlumatlar təxribatdır.

“Bütün bu yayılanlar dezinformasiyadır və təxribat xarakterlidir. Ermənilərin bu addımı təmas xəttində və bütövlükdə münaqişə ətrafında vəziyyəti gərginləşdirməyə yönələn səylərin tərkib hissəsidir. Ermənistan tərəfi cəbhədə vəziyyətin guya hədsiz dərəcədə gərginləşdiyi barədə dalbadal yaydığı bəyanatlar diqqəti ölkə daxilindəki vəziyyətdən yayındırmağa hesablanıb. Bundan əvvəl də Ermənistanda siyasi vəziyyət gərginləşəndə belə təxribat mahiyyətli bəyanatların verilib”, - deyə MN rəsmisi söyləyib.

Qeyd edək ki, Ermənistan tərəfi bu gün açıqlama yayaraq Azərbaycan silahlı qüvvələrinin erməni mövqelərinə minaatanlardan 24 dəfə zərbə endirdiyini iddia edib. Bununla yanaşı, guya Azərbaycan tərəfi snayperlərdən 144 dəfə atəş açıb, pulemyotlar və digər ağırçaplı silahlardan istifadə edilib.






12 Dekabr, 2014  18:31 Baxılıb: 738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner