Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Bəzilərinin çörəyi iqtidar-müxalifət düşmənçiliyindən çıxır” - Cəlaloğlu

“Azərbaycanda bəzi qüvvələr var ki, onların çörəyi iqtidar-müxalifət düşmənçiliyindən çıxır. Onlar düşünürlər ki, cəmiyyətdə nə qədər qarşıdurma olsa, nə qədər radikal əhval-ruhiyyə aşılansa, bir o qədər onların bazarı yaxşı işləyər. Ona görə də iqtidarla müxalifətin yaxınlaşması, cəmiyyətdə həmrəyliyin olması onların çörəyini kəsir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının fikirlərinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, sabah Azərbaycanında fəaliyyət göstərən bir qrup müxalifyönlü partiya sədrləri Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşəcək. ADP, Liberal Demokrat, Klassik Xalq Cəbhəsi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Xalq, Böyük Azərbaycan, Ümid, Azadlıq, Aydınlar və digər partiyaların rəhbərlərinin iştirakı ilə keçiriləcək görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq. F.Qəhrəmanlı görüşdə iştirak edəcək partiya sədrlərinin müxalifətə aidiyyəti olmadığını, onların özündən başqa heç kimi təmsil etmədiyini bəyan edib və bu görüşə qarşı çıxıb.

S.Cəlaloğlu isə bildirib ki, kimlər ölkədə iqtidarla müxalifət arasında sivil münasibətlərin qurulmasına qarşıdırsa, onlar xalqın və dövlətin əleyhinədirlər. Onun sözlərinə görə, iqtidar-müxalifət münasibətləri bütün ölkələrdə mövcuddur: “Avropa ölkələrində iqtidar və müxalifət dialoq şəraitindədir və xalqa, dövlətə ziyan vurmur. Yaxın Şərqdə isə bu münasibətlər düşmənçilik səviyyəsində olduğundan, həm dövləti, həm də milləti məhv edir. Bu baxımdan biz Avropa yolunu seçmişik. Kimlər ki, bunu satqınlıq hesab edir, deməli, onlar Şərqdəki münasibətlərin olmasını arzu edirlər və bunlar da xalqın, dövlətin məhv edilməsindən ibarətdir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə APA-ya açıqlamasında qeyri-ciddi adamların fikrinə münasibət bildirmək istəmədiyini açıqlayıb.






12 Dekabr, 2014  17:21 Baxılıb: 737 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner