Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gürcüstan səfirliyi səbəb göstərə bilmədi

“Borçalı” Cəmiyyətinin üzvlərinin Gürcüstana buraxılmaması ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın xəbərinə görə, birliyin sədri Zəlimxan Məmmədli bildirib ki, bu il oktyabrın 19-dan onun Vaxtanqisi sərhəd-keçid məntəqəsindən Gürcüstana daxil olmasına qadağa qoyulub.

Bu qadağanı o, cəmiyyətə təzyiq kimi qiymətləndirib: “Borçalı” Cəmiyyəti barış və sülhün carçısıdır. Gürcüstanda həyata keçirdiyimiz “Elat” tədbirlərinin məqsədi milli-mənəvi dəyərlərimizi bərqərar etməkdən ibarətdir. Ancaq Gürcüstan hakimiyyəti tərəfindən bizə qarşı etimadsızlıq mühiti mövcuddur”.

Z.Məmmədli bildirib ki, bundan əvvəl də iyul ayında müavini Salman Murğuzov Gürcüstan sərhəd-keçid əməkdaşları tərəfindən ölkəyə buraxılmayıb: “O vaxt da bunun səbəbi barədə bizə heç nə demədilər. Oktyabrın 19-da isə mənim Vaxtanqisi sərhəd-keçid məntəqəsindən ölkəyə girişimə qadağa qoyulub. Bu ölkənin Daxili İşlər Nazirliyi onlara ünvanlanan sorğuya cavabında bildirib ki, “Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər haqqında” Gürcüstan Respublikası qanununun XI maddəsinin I bəndinin “e” hissəsinə görə, Gürcüstana buraxılmamışam. Bu qanunda göstərilir ki, xarici vətəndaş ölkənin təhlükəsizliyinə zərər vurarsa, ictimai sabitliyi, insan haqlarını kütləvi şəkildə pozarsa, ölkəyə buraxılmır. Əgər mənim orda bu tipli fəaliyyətim olubsa, araşdırılsın. Mən cəzamı çəkməyə hazıram”.

Gürcüstanın Azərbaycandakı səfirliyinin sözçüsü Kaxaber Abdaladze isə APA-nın sorğusuna cavab olaraq deyib ki, Zəlimxan Məmmədli bir dəfə Gürcüstanın Azərbaycandakı səfirliyinə gəlib: “Ona Gürcüstana buraxılmamasının səbəbini deyiblər, gedib və ondan sonra daha müraciət etməyib”.






12 Dekabr, 2014  16:58 Baxılıb: 854 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner