Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Heydər Əliyev Bəstəkarlar İttifaqında anıldı

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib.

Simsa.az xəbər verir ki, tədbiri açıq elan edən  Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə bildirdirib ki, Heydər Əliyevin şəxsi təşəbbüsləri müstəqil Azərbaycanın musiqi mədəniyyətinin inkişafında, ölkəmizin musiqi həyatının zənginləşməsində və beynəlxalq səviyyədə böyük müvəfəqiyyətlər əldə olunmasında öz töhvəsini verib: «Ümummilli liderin Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Müslüm Maqomayev kimi Azərbaycan musiqisinin korifeyləri ilə şəxsi dostluğu onlara  yaradıcılıq axtarışlarında  və yeni əsərlərin yaranmasında ilham verib.

Tədbirdə çıxış edən Azərbaycan  Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Zemfira Qafarova 1975-ci ildə  Üzeyir Hacıbəylinin Ev-muzeyinin açılışı ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə paylaşaraq, Ümummilli liderin Azərbaycan professional musiqisinin banisinin yaradıcılığına həsr etdiyi dərin məzmunlu çıxışının şahidi olduğunu bildirib.  O, həmçinin qeyd etdi ki, ymumiyyətlə H.Əliyevin çıxışları həmişə analitik xarakteri və dərin peşəkar yanaşmasıyla fərqlənirdi.

Tədbirin sonunda tanınmış bəstəkar, Respublikanın Xalq artisti, «Şöhrət odenli», professor Tofiq Bakıxanovun "Həmişə bizimləsən " simfonik poeması səsləndirilib.

Günel

 

 







12 Dekabr, 2014  16:54 Baxılıb: 950 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner