Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Gürcüstan Akif Nağıdan qorxur? - Qadağanın səbəbi deyilmir

Məlum olduğu kimi, Gürcüstan azərbaycanlılarını birləşdirən “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişi yasaqlanıb. Qeyd edk ki, bir müddət öncə bənzər sanksiya ilə Qarabağ Azərbaycan Təşkilatının (QAT) sədri Akif Nağı da qarşılaşmışdı. Bu xüsusda son durumu öyrənmək üçün Akif Nağı ilə əlaqə saxladıq. QAT sədri Musavat.com-a açıqlamasında bildirdi ki, Gürcüstana girişinə qadağa qoyulduqdan sonra bir çox müraciətlər edib:

“Bakıya qayıdanda Gürgüstan səfirliyində görüş keçirdik, məsələ qaldırdıq ki, səbəbini izah edin. Heç bir cavab verə bilmədilər. Azərbaycan və Gürcüstanın Xarici İşlər Nazirliyinə müraciət etdim. Gürcüstan prezidentinə məktub göndərdik. Çox təəssüf ki, onların heç birindən cavab gəlməyib. Biz fikirləşirik ki, burada erməni barmağı var. Gürcüstanda erməni familyalı məmurlar çoxdur. Onlar Qarabaq Azadlıq Təşkilatının fəaliyyətindən narahatdır. Müraciətlərimizi eləmişik, cavab gözləyirik. Hər halda məsələ belə qalmayacaq.  Çalışacağıq ki, bu yanlışlıq aradan qalxsın”.

Akif Nağı bildirdi ki, Zəlimxan Məmmədliyə tətbiq olunan sanksiyadan da xəbardardır:

“Deyə bilmərəm Zəlimxan bəylə bağlı ortada hansı motivlər var. Onun hansı fəaliyyəti üçün qadağa qoyulduğundan xəbərsizəm. Zəlimxan Məmmədli əsasən ordakı borçalıların problemləri ilə məşqul olub. Hesab edirəm ki, Zəlimxan bəy orada siyasi fəaliyyətlə məşqul olmur, ictimai fəaliyyətlə məşquldur. İnanmıram ki, orada Gürcüstan hakimiyyətinə qarşı yanlışlığa yol vermiş olsun”.






12 Dekabr, 2014  16:07 Baxılıb: 795 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner