Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Millət vəkili pakistanlı senatorla girovlarımızdan danışdı

Millət vəkili Qənirə Paşayeva Pakistan Senatının Qaydalar və İmtiyazlar Komitəsinin sədri, senator Syed Tahir Hussain Mashadi ilə  azərbaycanlı girovlardan danışıb.

Simsar.az xəbər verir ki, Pakistanın Lahor şəhərində Asiya Parlament Assambleyasının 7-ci Plenar Sessiyasında iştirak edən millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva  Pakistan Senatının Qaydalar və İmtiyazlar Komitəsinin sədri, senator Syed Tahir Hussain Mashadi ilə görüşüb. Azərbaycan xalqının Pakistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan, Qarabağ məsələsinə dəstəyindən dolayı komitə sədrinə təşəkkürünü bildirib. Azərbaycan Prezidentinin və Parlamentinin də hər zaman dost Pakistanla münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının hər zaman Pakistana böyük sevgi bəslədiyini deyib. “Pakistan Senatı Xocalı soyqırımını rəsmi olaraq tanıyıb və Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləyib, eləcə də Pakistan Azərbaycan torpaqlarını işğalda saxladığı üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb. Azərbaycan xalqı dost və qardaş Pakistan dövlətinin, parlamentinin bu addımını Azərbaycana ən böyük dəstəyi və qiyməti kimi dəyərləndirir”. Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman  Pakistana böyük dəstək verdiyini xüsusi vurğulayaraq ölkələrimiz arasında münasibətlərinin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qardaş Pakistanda həyata keçirdiyi böyük və əhəmiyyətli layihələrin xüsusi rolunu da vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Pakistan Senatının Qaydalar və İmtiyazlar Komitəsinin sədri, senator Syed Tahir Hussain Mashadi ilə  Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, dinc azərbaycanlıları  snayperlərlə hədəfə alması, Ermənistanın dünyadakı erməni diaspor və lobbisi ilə Azərbaycan əleyhinə apardıqları siyasət və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də komitə sədrinə geniş məlumat verib və fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva  Pakistan Senatının Qaydalar və İmtiyazlar Komitəsinin sədri, senator Syed Tahir Hussain Mashad ilə  Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar, girov götürdükləri azərbaycanlılara – Dilqəm Əhmədova və Şahbaz Quliyevə qarşı törətdikləri vəhşiliklər barədə  və eyni zamanda Qarabağ həqiqətlərinin daha geniş yayılması, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlərdən danışıb və bildirib ki, bu məsələlərdə bundan sonra da hər zaman  qardaş Pakistanın və onun xarici ölkələrdə yaşayan böyük diasporunun dəstəyinə ehtiyac var. Azərbaycanda səfərdə olduğunu, yüksək səviyyədə görüşlər keçirdiyini və dost Azərbaycanı və onun Pakistana dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən Pakistan Senatının Qaydalar və İmtiyazlar Komitəsinin sədri, senator Syed Tahir Hussain Mashadi  münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımının tanınması ilə bağlı Pakistanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən Pakistan Senatının Qaydalar və İmtiyazlar Komitəsinin sədri, senator Syed Tahir Hussain Mashadi bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyib. Pakistan Senatının Qaydalar və İmtiyazlar Komitəsinin sədri, senator Syed Tahir Hussain Mashadini  təkrar Azərbaycanda görməkdən məmnun olacaqlarını deyən millət vəkili Qənirə Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Syed Tahir Hussain Mashadi Azərbaycanı təkrar görməkdən böyük məmnuniyyət duyacağını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva komitə sədrinə müəllifi olduğu kitabları, həmçinin həmmüəllifi olduğu “ Xocalı Soyqırım şahidlərin dilindən” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Bundan başqa Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bağlı kitab və materiallar, musiqi albomları da Pakistan Senatının Qaydalar və İmtiyazlar Komitəsinin sədri, senator Syed Tahir Hussain Mashadiyə hədiyyə olunub.

 






12 Dekabr, 2014  16:04 Baxılıb: 831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner