Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rusiya-Azərbaycan mədəni əlaqələrinə həsr olunmuş tədbir keçirilib

ADMİU  Rusiya-Azərbaycan mədəni əlaqələrinə həsr olunmuş tədbir keçirib.

Simsar.az xəbər verir ki, Rusiya  İnformasiya-Mədəniyyət  Mərkəzində  (RİMM) ADMİU-nun  müəllim  və  tələbə heyətinin  iştirakı ilə  Azərbaycan və  Rusiya  mədəni  əlaqələrinə  həsr  olunmuş tədbir  keçirilib. Tədbirə  dəvət  olunmuş “Rossotrudniçestvo” nümayəndəliyinin rəhbəri  Valentin  Denisov-Petroviç  iştirakçıları  salamlayaraq, bu  layihənin  həyata keçirilməsindən çox məmnun olduğunu bildirib. “Rusiya-Azərbaycan  münasibətləri  həmişə  müxtəlif  sahələrdə  inkişaf  edib.  Lakin  məhz  mədəniyyət  sahəsindəki  əlaqələr  çox  dəyərlidir, çünki  hər iki  xalq  bir-birinin  mədəniyyətini  sevir  və  qiymətləndirir” deyərək  cənab Valentin layihə  iştirakçılarına  öz  təşəkkürünü  bildirib. ADMİU-nun  Beynəlxalq  Şöbəsinin  rəhbəri  Nəzrin  Adıgözəlzadə və  Kulturologiya     kafedrasının  müdiri  Sədaqət Əliyeva   öz  çıxışlarında  Rusiya-Azərbaycan  mədəni əlaqələrinin  inkişafına  yönəlmiş  tədbirin    həyata  keçirilməsinin  böyük  əhəmiyyətindən  söz  açıblar.

Universitetin  III  kurs  tələbəsi  Ülviyyə  Hüseynova  “Rusiya-Azərbaycan  münasibətləri  -diplomatiya,  mədəniyyət  və  təhsil  sferasında” mövzusunda  məruzə ilə  çıxış  edərək  Rusiya  ilə  Azərbaycan  arasında  mədəni  əməkdaşlığın  inkişaf  tarixi,  bu istiqamətdə  həyata  keçirilən  mədəniyyət  günləri,  tədbirlər, görüşlər, konsert  və  qastrollar, sərgi mübadilələri  barədə  danışıb.  Daha  sonra Universitetin  magistr  tələbəsi  Günel  Əliyeva   “Rusiya-Azərbaycan  kinematoqrafiyasının   qarşılıqlı  əlaqələri”  mövzusunda  məruzə  ilə  çıxış  edib.

Tədbirin  rəsmi  hissəsi  başa  çatdıqdan  sonra  ADMİU-unun  Musiqi  sənəti  fakültəsinin  tələbələrinin  iştirakı ilə  konsert  proqramı  təqdim  olunub. Konsertdə  Rafael  Əliyev, Nərmin  Qasımlı,  Zülfi  Əsədzadə, İlahə  Salmanzadə,  Nicat  Mahiroğlu,  Bəhruz  Kərimli  və  Fidan  Xəlilovanın  ifasında  Azərbaycan  və  rus  klassiklərinin  əsərləri  və  xalq  mahnıları  ifa  olunub.

Günel

 






12 Dekabr, 2014  15:05 Baxılıb: 1644 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner