Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Luxemburg Wort” “Qarabağ” informasiya bürosundan yazdı

Lüksemburq knyazlığının rəsmi qəzeti olan "Luxemburg Wort "un 1 dekabr 2014-cü il tarixli sayında  Diana Hoffmanın sözü gedən Avropa ölkəsində “Qarabağ” Azərbaycan Mədəniyyət Assosiasiyasının informasiya bürosunun açılış mərasiminə həsr edilmiş böyük bir məqaləsi dərc edilib.

Simsar.az xəbər verir ki, məqalənin sərlövhəsi də ilk baxışda oxucunun diqqətini cəlb edir-  "Bizi nə birləşdirir? Nə bizi ayırır? ".

Müəllif Azərbaycanın son 10 ildə siyasət, iqtisadiyyat və mədəniyyət sahəsindəki nailiyyətləri barədə geniş bəhs edərək, "Qafqaz regionundakı bu kiçik ölkə"nin inkişafının təsirli dinamikasını xüsusi vurğulayır. D.Hoffman daha sonra yazır:

"Bu məsələdə təəssüf ki, biz bir-birimizə bənzəmir və Avropanın mərkəzində yerləşən öz ölkəmiz haqqında belə danışa bilmirik…Bizi nə birləşdirir? Əməkdaşlıq etmək arzusu, sıx əlaqələr, yoxsa, Azərbaycanın musiqisinə, təsviri sənətinə və ədəbiyyatına böyük maraq?»

Mərasimin rəsmi hissəsindəki çıxışları məqalədə şərh edən müəllif, Azərbaycan rəssamlarının əsərlərinin rənglərinin koloritliyinə valeh olduğundan,  istedadlı kamança ifaçısı İmamyar Həsənovun ifasında səslənən musiqimizə heyranlığından geniş bəhs edir.

Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadənin çıxışına diqqət yetirən D.Hoffman, dünya şöhrətli bəstəkarın söylədiyi faktı xüsusi vurğulayıb: " Bu gün də qaçqın ailələrindən Qarabağ xanəndəlik məktəbinə xas olan üslubda «Qarabağ şikəstəsi»ni gözəl oxuyan uşaqlar meydana çıxırlar. Hərçənd, onlar heç vaxt Qarabağı görməyiblər, çünki məlum olduğu kimi, 20 ildən çoxdur Qarabağ işğal altındadır, Onlar öz genlərində xanəndəlik ənənələrini daşıyırlar, hansını ki, nə saxtalaşdırmaq  nə də təqlid etmək mümkün deyil ".

Günel

 






12 Dekabr, 2014  14:35 Baxılıb: 1034 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner