Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əməyin mühafizəsi ilə məşğul olanlar sertifikat aldı

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində (ETTM) əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilk tədris kurslarını bitirən şəxslərə sertifikatlar təqdim olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) rəisi Fuad Əlizadə bildirib ki, kurslara iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən müəssisələrdən 21 nəfər mütəxəssis cəlb edilib. Bu ayın sonunadək ümumilikdə 50 nəfərin bu kurslara cəlb edilməsi nəzərdə tutulur. DƏMX və nazirliyin Əmək və Sosial Problemlər üzrə ETTM tərəfindən təşkil olunan kurslarda məqsəd əməyin mühafizəsi sahəsində fəaliyyət göstərən mütəxəssislərin maarifləndirilməsi və onların peşəkar hazırlığının müasir tələblərə uyğunlaşdırılmasıdır.

F.Əlizadə vurğulaıb ki, idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı bir sıra təşkilatlarda əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların yerinə yetirilməməsi halları aşkar olunur. Aparılan təhlillər zamanı aydın olub ki, belə halların baş verməsinin əsas səbəblərindən biri də həmin təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə mütəxəssislərin bilik səviyyəsinın aşağı olmasıdır. Bununla əlaqədar, əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinin daha uğurlu icrası, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün əməyin mühafizəsi üzrə mütəxəssislərin maarifləndirilməsi və onların yenidən hazırlığının təmin edilməsi üçün tədris kurslarının təşkili qərara alınıb.

Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov nəzərə çatdırdı ki, kurslarda Əmək Məcəlləsi anlayışı, istehsalatın müxtəlif sahələrində fəaliyyət göstərən işçilərin əməyinin təhlükəsizliyi ilə bağlı qanunvericilikdən irəli gələn tələblər, istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları, əməyin mühafizəsi xidmətinin təşkili, əmək normaları, əməyin ödənilməsi normaları və s. barədə müdavimlərin bilik səviyyəsi artırılacaq. Bununla yanaşı, onlara daim təkmilləşən hüquqi normativ sənəd və aktların mahiyyəti, nəzəri biliklərin təcrübədə tətbiqi yolları öyrədiləcək. Kursları bitirənlərə müvafiq sertifikatlar veriləcək.

Əmək Məcəlləsinin 219-cu maddəsinin 3-cü bəndinə əsasən, müəssisə, idarə və təşkilatların rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.

 

Aysel Kərimova

 






12 Dekabr, 2014  12:30 Baxılıb: 897 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner