Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan XİN: “Gürcüstanla problemimiz yoxdur”

“Gürcüstanla nə sərhəd, nə də digər məsələlərdə heç bir problemimiz yoxdur”.

Simsar.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Gürcüstanla sərhəddə yeni gömrük-keçid məntəqələrinin açılması nəzərdə tutulurmu sualını cavablandıran X. Xələfov bildirib ki, yeni sərhəd-keçid məntəqələri açılır və bu da ehtiyacdan yaranır: “Çünki bizim ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələr yüksək səviyyədədir. Münasibətlər də get-gedə inkişaf edir, insanlar arasında təmaslar artır. Ona görə də həm iqtisadi, həm də humanitar əlaqələr imkan verir ki, ölkələr arasında yeni sərhəd-keçid məntəqələr açılsın. Yəni bu sahədə yeniliklərin yaranmasına ehtiyac yaranır”.

O əlavə edib ki, Gürcüstanla Azərbaycan arasında iki sərhəd-keçid məntəqəsi yaradılacaq.

Hüseyn İbadlı







12 Dekabr, 2014  12:16 Baxılıb: 731 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner