Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Ukraynaya ABŞ-ın müttəfiqi statusu verilir - Qanun

ABŞ Konqresinin yuxarı palatası - Senat Ukraynaya ABŞ-ın NATO-dan kənar müttəfiqi statusu verilməsini və bu ölkənin silahlandırılmasını nəzərdə tutan “Ukraynada azadlığa dəstək Aktı 2014” adlanan “S.2828” saylı qanun layihəsini qəbul edib.

Simsar.az-ın UNİAN-a istinadən verdiyi xəbərə görə, qanun layihəsinə əsasən ABŞ prezidenti Ukraynaya 350 milyon dollar dəyərində hərbi yardım göstərmək üçün səlahiyyət alır. Bu yardım Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası məqsədilə ölkəyə tank əleyhinə silahlar, düşmən artilleriyasının mövqelərinin aşkarlanması üçün radarlar, taktiki müşahidə üçün pilotsuz uçuş aparatları, optik tuşlama və idarəetmə, eləcə də kommunikasiya avadanlıqları,  şəxsi heyətin müdafiəsi üçün xüsusi vasitələr verilməsi və hücum silahlarına qarşı effektiv mübarizə üçün təlimlərin təşkilindən ibarət olacaq. Layihədə ABŞ prezidentindən Rusiyanın hərbi müəssisələrinə qarşı yeni sanksiyaların tətbiqi tələb olunur. Eyni zamanda, sənəddə Ukraynanın enerji təhlükəsizliyini təmin etmək, xarici mənbələrdən asılılığını azaltmaq məqsədilə bu ölkənin enerji sektoruna yardım edilməsi də əksini tapıb.

Analoji qanun layihəsi (HR 5782) aşağı palata – Nümayəndələr Palatasına da təqdim olunub. Layihə Nümayəndələr Palatasında da qəbul edildikdən sonra qanun prezidentin təsdiqinə göndəriləcək. Prezidentin qanunu imzalayaraq onun icrasına başlamaq və ya veto qoyaraq geri göndərmək hüququ var.






12 Dekabr, 2014  11:17 Baxılıb: 838 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner