Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müsabiqənin finalçısı müəyyənləşdi

Təhsil Nazirliyinin təsis etdiyi “Birlik Kuboku” uğrunda breyn-rinq intellektual yarışının dördüncü finalçısı müəyyənləşib.

 

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, “Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan son oyunda finala düşmək uğrunda 8 komanda mübarizə aparıb. İlk görüş şans oyununun qalibi “Fortuna” ilə “Ağdaş” komandaları arasında keçirilib. “Fortuna”ya üstün gələn “Ağdaş” daha sonra “Allians”ı da üstələyib.

Üçüncü görüşdə “Ağdaş” “Aypara” ilə qarşılaşıb. “Aypara” rəqibinin qələbə seriyasına son qoyub.

Dördüncü görüşdə “Aypara” “NORM Sement” komandasını qəbul edib və onu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Ancaq “Aypara” “Sumqayıt” komandasına üstün gələ bilməyib.

Altıncı görüşdə sumqayıtlılar “Bakı Ali Neft Məktəbi” ilə qarşılaşıb. Qeyd edək ki, bu komandaların əvvəlki oyunlardakı qarşılaşmasında “Bakı Ali Neft Məktəbi” qalib gəlmişdi. Bu görüşdə isə “Sumqayıt” komandası əvvəlki məğlubiyyətin əvəzini çıxıb.

Növbəti-yeddinci görüşdə “Sumqayıt” “Azərbaycan klubu” komandası ilə oynayıb. Oyun sonuncunun qələbəsi ilə başa çatıb. Beləliklə, “Azərbaycan klubu” komandası böyük finala vəsiqə alıb.

“Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının final oyunu dekabrda keçiriləcək. Bu oyunda sentyabrın qalibi “Kapital bank”, oktyabrın qalibi “Nar Mobile”, noyabrın qalibi “Romantik” və xüsusi seçim oyunu ilə seçilmiş “Azərbaycan klubu” komandaları qarşılaşacaqlar.

 

Aysel Kərimova

 






12 Dekabr, 2014  11:10 Baxılıb: 615 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner