Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Soros”un Bakı ofisi ləğv olundu

2011-ci ildən fəaliyyətini dayandıran qurum barəsində cinayət işi açılıb, bank hesabına həbs qoyulub

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros) Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır. Bu barədə qurumun baş ofisi dekabrın 10-da qərar verib. Vəkil Elçin Sadıqov “Qafqazinfo” saytına bildirib ki, ACİYF-nin Azərbaycan nümayəndəliyinin ləğvetmə işlərinə başlanıb. Ləğvetmə işlərini aparmaq ACİYF-nin etibarnamə əsasında nümayəndəsi vəkil Elçin Sadıqova həvalə edilib.

Fond bildirir ki, Azərbaycan həmişə ACİYF üçün dost ölkə olub. ACİYF Azərbaycanda təhsilin, medianın və hüququn aliliyinin təmini üçün çalışıb. ACİYF-nin məqsədi Azərbaycan dövlətinin və cəmiyyətinin rifahı olub. Bu məqsədlə müxtəlif dövlət qurumları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edib.

Qeyd edək ki, daha çox “Soros” Fondu kimi tanınan bu qurum son illərdə qapadılan ilk ABŞ təsisatı deyil. Bundan əvvəl bir sıra Qərb, o cümlədən ABŞ qurumları fəaliyyətini dayandırıb. Bir neçə gün əvvəl ABŞ-ın “Peace Corps” (“Sülh Korpusu”) təşkilatı Azərbaycandakı fəaliyyətini dayandırıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan mətbuata açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan hökuməti, respublikada 11 ildir fəaliyyət göstərən “Peace Corps” humanitar təşkilatının bundan sonrakı fəaliyyətinə ehtiyac görməyib.

Oktyabrda isə ABŞ-ın IREX təşkilatı Azərbaycandakı fəaliyyətini dayandırması və Bakıdakı ofisini bağlaması barədə xəbər yayıb. Məlumatda deyilir ki, Azərbaycan qanunvericiliyinə əsasən, qeydiyyat müddəti bitdikdən sonra təşkilat təkrar qeydiyyat üçün müraciət etməməyi qərara alıb. Sentyabrın 5-də prokurorluq əməkdaşları İREX-in Bakı ofisində axtarış aparıb. Ofisdəki elektron avadanlıqları, sənədləri müsadirə etmişdi. Bir sıra yerli və beynəlxalq QHT-lərə açılan cinayət işi üzrə iyulun 31-də məhkəmə qərarı ilə İREX-in də bank hesabına həbs qoyulmuşdu.

Azərbaycanda 1998-ci ildən fəaliyyətdə olmuş IREX-in bəyanatında deyilir ki, təşkilat bir sıra hökumət təsisatları, kommersiya və qeyri-mənfəət qurumları ilə əməkdaşlıq şəraitində ölkədə təhsilin, media və internetin inkişafına böyük töhfə verib.

Xatırladaq ki, Azərbaycanda nüfuzlu ABŞ QHT-ləri olan Beynəlxalq Respublikaçılar İnstitutu 2010-cu ilin aprelində, Milli Demokratiya İnstitutu isə bundan bir il sonra fəaliyyətini dayandırıb. Bundan başqa, bu il ərzində Azad Fikir Universiteti (AFU) və “Norveç İnsan Hüquqları Evi”nın Bakı ofisi qapadıldı.

“Yeni Müsavat”ın əməkdaşı ilə söhbət zamanı vəkil Elçin Sadıqov bildirib ki,  “Soros” Fondunun Azərbaycandakı ofisi fəaliyyətini 2011-ci ildən dayandırıb. İndi isə qərar qəbul olunub və təşkilatın ləğv edilərək reysterdən çıxarılması prosesi başladılıb: “Təşkilatın tamamilə ləğv edilməsinin bir səbəbi bəzi QHT və beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəlikləri haqda açılan cinayət işi ilə bağlıdır. Digər tərəfdən, rəhbərlik qərar verib ki, artıq qurumun fəaliyyətinə son verilsin. Biz ümid edirik ki, başlanılmış cinayət işi hüququn aliliyi prinsipi ilə həll olunacaq. Yayda yerli QHT-lərə və beynəlxalq donor təşkilatlarına qarşı qaldırılmış cinayət işində ACYF-nin də adı var. Bank hesablarına qoyulmuş həbs davam edir. Ümid edirik ki, bu cinayət işi ədalətlə aparılacaq və ləğvetmə başa çatacaq”.







12 Dekabr, 2014  10:28 Baxılıb: 859 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner