Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

ABŞ Dövlət Departamenti Leyla Yunusa mükafat verir

Məhbus hüquq müdafiəçisi Leyla Yunus ABŞ Dövlət Departamentinin İnternational Women of Courage Award (“Cəsarətə görə”) mükafatına namizəddir. “Turan” agentliyi Vaşinqtondakı diplomatik dairələrə əsaslanaraq belə xəbər yayıb.

Qeyd olunur ki, mükafatı 2007-ci ildə ABŞ dövlət katibi Kondoliza Rays təsis edib. Mükafat sosial ədalət və insan haqları sahəsində göstərilən cəsarət və liderlik qabiliyyətinə görə fərqlənən qadınlara verilir.

ABŞ səfirliyindən “Turan”a bildiriblər ki, namizədlərin seçimi davam edir, qaliblər 2015-ci ilin martında elan ediləcək.

İyulun 30-da həbs edilən Leyla Yunus dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Leyla Yunus Azərbaycan Xalq Cəbhəsinin və Sosial Demokrat Partiyasının qurucularından olub. 1992-1993-cü illərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib. 1994-cü ildən Sülh və Demokratiya İnstitutunun rəhbəridir.







12 Dekabr, 2014  10:10 Baxılıb: 757 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner